Qurban Qurbanovdan birinciliyi alan “Sabah”ın “milyonçu”su kimdir?

Qurban Qurbanovdan birinciliyi alan “Sabah”ın “milyonçu”su kimdir?






presstv

"Presstv"az #"Mançester Yunayted", #"Qarabağ", #Audi, #Bolqarıstan, #İngiltərə, #Latviya, #London, #Macarıstan, #Premyer Liqası, #Təhsil, #Yunanıstan

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Sabah”ın baş məşqçisi Valdas Dambrauskas haqqında maraqlı məlumatlar üzə çıxıb.

presstvaz xəbər verir ki, baş məşqçi 2002-ci ildə Litvanın LNK televiziyasında yayımlanan “Šeši nuliai – milijonas” (Altı sıfır – Bir milyon) viktorina şousunda iştirak edib və bu yarışdan 1 160 avro qazanıb.

O, qazandığı pulla İngiltərəyə məşqçilik təhsili almağa gedib. Əvvəlcə poçtalyon, satıcı və rəngsaz kimi müxtəlif işlərdə çalışıb və Londonun narkotik satıcıları ilə dolu ən kasıb məhəlləsinin komandası olan “Kingsbury London Tigers”ə rəhbərlik etməli olub.

Daha sonra “Fulhem”, “Mançester Yunayted” və “Brentford” kimi köklü klubların akademiyalarında təhsil alan baş məşqçi, karyerası ərzində Litvanın “Ekranas” (2013-2014), “Jalgiris” (2014-2017), Latviyanın RFS (2017-2020), Xorvatiyanın “Qoritsa” (2020-2021), “Hayduk” (2021-2022), Bolqarıstanın “Ludoqorets” (2021), Yunanıstanın “OFİ Krete” (2022-2023) və Macarıstanın “Dyoşdyor” (2025) klublarında çalışıb.

Valdas Dambrauskas baş məşqçi kimi bir dəfə Bolqarıstan çempionu (2020/21), iki dəfə Litva çempionu (2014/15, 2015/16), bir dəfə Latviya Kubokunun (2018/19), üç dəfə Litva kubokunun (2014/15, 2015/16, 2016/17), bir dəfə Xorvatiya Kubokunun (2021/22), iki dəfə Litva Superkubokunun (2015/16, 2016/17), bir dəfə isə Bolqarıstan Superkubokunun (2021/22) qalibi olub.

Dambrauskas sonradan Litva kanallarından birinə İngiltərədə öyrəndikləri barədə açıqlama verib.

“Müxtəlif mədəniyyətlərdən olan insanlarla çalışmaq mənə öyrətdi ki, kimin necə geyindiyi, necə göründüyü və ya neçə döyməsi olması vacib deyil, bunun arxasında nəyin dayandığı, necə insan olması vacibdir”.

Litvalı baş məşqçi hazırda bu ilin yayından bəri “Sabah” klubuna rəhbərlik edir. Onun rəhbərliyi altında komanda 15 turdan sonra cəmi bir məğlubiyyət alıb və 34 xalla turnir cədvəlinə başçılıq edir.

Qeyd edək ki, ötən gün Misli Premyer Liqasının I turundan təxirə salınmış “Sabah” – “Qarabağ” oyunu keçirilib. 2:1 hesablı qələbə qazanan ev sahibi 34 xalla turnir cədvəlində liderliyi əldə edib, 33 xala sahib olan “Qarabağ” isə ikinci yerdə qərarlaşıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv