Bakıda CELT Tədris və İnkişaf Mərkəzinin yeni “Riyaziyyat” kitabının təqdimatı keçirilib

Bakıda CELT Tədris və İnkişaf Mərkəzinin yeni “Riyaziyyat” kitabının təqdimatı keçirilib






presstv

"Presstv"az #Audi, #Azərbaycan, #Bakı, #Kitab, #Təhsil

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Bakıda CELT Tədris və İnkişaf Mərkəzinin təşəbbüsü ilə hazırlanmış yeni “Riyaziyyat” kitabının təqdimat mərasimi baş tutub. Tədbir paytaxtın nüfuzlu mədəniyyət məkanlarından biri olan Bakı Kitab Mərkəzində (Baku Book Center) təşkil olunub.

Təqdimat mərasimində rəsmi qonaqlar, Azərbaycan Milli Elmlər Akademiyasının Riyaziyyat İnstitutunun professorları, eləcə də təhsil sahəsinin bir sıra nümayəndələri iştirak ediblər.

Tədbir zamanı məlumat verilib ki, təqdim olunan “Riyaziyyat” kitabı 8 hissədən ibarətdir və 6-cı sinif riyaziyyat proqramından başlayaraq 11-ci sinfə qədər olan bütün tədris mərhələsini əhatə edir. Kitab mərhələli və sistemli yanaşma əsasında hazırlanıb, şagirdlərin riyazi düşüncə qabiliyyətinin formalaşdırılması və mövzuların dərin mənimsənilməsinə yönəlib.

Qeyd olunub ki, bu vəsaiti tam mənimsəyən şagirdlər CELT imtahanları da daxil olmaqla, AP, IB, A-level, SAT, GMAT, GRE, IGCSE kimi beynəlxalq imtahanlarda iştirak üçün zəruri bilik bazasına sahib olacaqlar. Kitab həm məktəb proqramının effektiv öyrənilməsini, həm də imtahanlara məqsədyönlü hazırlığı təmin edən vahid mənbə kimi nəzərdə tutulub.

CELT Tədris və İnkişaf Mərkəzi uzun illərdir təhsildə keyfiyyət, sistemlilik və nəticəyönümlü yanaşma prinsiplərini əsas tutur. Yeni “Riyaziyyat” kitabının təqdimatı bu istiqamətdə atılan növbəti mühüm addım kimi qiymətləndirilir və şagirdlərin akademik uğurlarına töhfə verməyi hədəfləyir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv