Azərbaycana buğda idxalı artıb: Əsas tədarükçülər iki ölkədir

Azərbaycana buğda idxalı artıb: Əsas tədarükçülər iki ölkədir






presstv

"Presstv"az #Audi, #Avstriya, #Azərbaycan, #Dollar, #Qazax, #Qazaxıstan, #Rusiya, #Türkiyə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

2025-ci ilin ötən 11 ayı ərzində Azərbaycana xarici ölkələrdən 1 milyon 131 min 876 ton buğda idxal olunub. Ölkəyə gətirilən buğdanın ümumi dəyəri 244 milyon 632 min dollar təşkil edib. Müqayisə üçün qeyd edək ki, 2024-cü ilin eyni dövründə ölkəyə 1 milyon 117 min 277 ton buğda idxal edilib, dəyəri isə 241 milyon 93 min dollar olub. Beləliklə, cari ildə buğda idxalında həm həcm, həm də dəyər baxımından artım qeydə alınıb.

presstvaz rəsmi statistikaya istinadən xəbər verir ki, buğda idxalında əsas tədarükçü ölkələr Qazaxıstan və Rusiyadır.

Bu ilin 10 ayı ərzində bu iki ölkədən dəyəri 214 milyon 155.42 min dollar təşkil edən 996 min 501 ton yumşaq buğda və digər buğda növləri idxal olunub: Qazaxıstandan (596 min 648.68 ton – 127 milyon 845.38 min dollar) və Rusiya (399 min 852.53 ton – 86 milyon 310.04 min dollar).

Eyni zamanda Avstriyadan toxumluq bərk buğda idxalı 15 ton olub və bunun dəyəri 155.74 min dollar təşkil edib. Bu ilin 10 ayı ərzində digər bərk buğda idxalı 10 min 410.75 ton səviyyəsində olub və bu məhsullara görə 2 milyon 87.77 min dollar ödənilib. Bu kateqoriya üzrə əsas tədarükçülər Rusiya (7 min 739.25 ton – 1 milyon 495.98 min dollar) və Qazaxıstan (2 671.5 ton – 591.79 min dollar) olub.

Toxumluq yumşaq buğda və meslin (pərinc) idxalı 2 min 687,35 ton, dəyəri isə 1 milyon 291.69 min dollar təşkil edib. Bu məhsulun əsas hissəsi Rusiyadan (2 min 634.8 ton – 1 milyon 249.66 min dollar), az bir qismi isə Türkiyədən (52.55 ton – 42.04 min dollar) idxal olunub.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv