“Epşteyn işi”: Rusiyadan 18 yaşlı qız insan alverinə cəlb edilib

“Epşteyn işi”: Rusiyadan 18 yaşlı qız insan alverinə cəlb edilib






presstv

"Presstv"az #ABŞ, #Audi, #Dollar, #Rusiya

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

ABŞ Konqresinin Nümayəndələr Palatasının Nəzarət Komitəsində təmsil olunan Demokrat Partiyası üzvləri qalmaqallı maliyyəçi Cefri Epşteynin arxivindən yeni foto və videolar yayımlayıblar.

presstvaz “Kommersant” nəşrinə istinadən xəbər verir ki, onların arasında Rusiyadan olan 18 yaşlı qızın Epşteynin yanına göndərilməsi məsələsinin müzakirə olunduğu yazışmanın skrinşotu da yer alıb.

“Mənim agent olan bir dostum var, o, bu gün mənə bir neçə qız göndərib. Amma hər qız üçün 1 000 dollar istəyir. İndi sənə qızları göndərəcəyəm. Bəlkə hansısı C-yə uyğun olar?”, – deyə mesajlarda qeyd olunur.

Daha sonra əlaqə saxlayan şəxs qadının adını, yaşını, boyunu, çəkisini və fiziki xüsusiyyətlərini göndərib. Mesajda qadının Rusiyadan gələcəyi qeyd olunub.

Ümumilikdə bu gün təxminən 70 foto yayımlanıb. Onlar arasında ciddi şəkildə redaktə olunmuş qadın pasportlarının şəkilləri, Epşteynlə əlaqəli tanınmış kişilərin görüntüləri və Epşteyn üçün qadınların cəlb edilməsi ilə bağlı mətn mesajları yer alır.

Cefri Epşteyn 6 iyul 2019-cu ildə yetkinlik yaşına çatmayanların alveri ittihamı ilə həbs olunub. Qurbanların ən kiçiyinin yaşı 14 olub. Həbsindən bir ay sonra Epşteyn həbsxana kamerasında intihar edib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv