“ChatGPT”nin daxilində tətbiqlər mağazası istifadəyə verildi

“ChatGPT”nin daxilində tətbiqlər mağazası istifadəyə verildi






presstv

"Presstv"az #Apple, #Audi, #Avto, #ChatGPT, #Kitab, #OpenAI

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“OpenAI” şirkəti “ChatGPT”ni “hər şey üçün tək tətbiq”ə çevirmək istiqamətində yeni addım atıb.

presstvaz TheVerge.com-a istinadən xəbər verir ki, şirkət daxili tətbiqlər kataloqunu istifadəyə verib. Bu kataloqda mövcud servislərə baxmaq və onları birbaşa “ChatGPT” interfeysinə qoşmaq mümkündür.

Tərtibatçılar isə çatbotun daxilində birbaşa işləyən interaktiv tətbiqlər yaratmaq üçün SDK əldə ediblər.

Bununla yanaşı, “ChatGPT”yə “Apple Music” də inteqrasiya olunub. Xidmət musiqi striminqini əhatə etmir, lakin mahnıları, albomları və ifaçıları axtarmağa, həmçinin adi mətn sorğusu ilə pleylistlər yaratmağa və redaktə etməyə imkan verir.

İstifadəçi tematik musiqi siyahısı tərtib etməyi, təsvirə əsasən mahnı tapmağı və ya serial və filmə aid pleylisti bərpa etməyi xahiş edə bilər. Bot bütün mahnıları avtomatik olaraq istifadəçinin kitabxanasına əlavə edəcək.

Qoşulan tətbiqlər, əgər aktivdirsə, “ChatGPT”nin saxlanılmış yaddaşından istifadə edə bilər. Eyni zamanda, istifadəçi məlumatları xidmətin təkmilləşdirilməsi seçimi aktiv olduğu halda modellərin öyrədilməsində iştirak etməyə davam edəcək.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv