Avropa Parlamentinin vicdansızlığı: Siyasi manipulyasiya və faktların təhrifi

Avropa Parlamentinin vicdansızlığı: Siyasi manipulyasiya və faktların təhrifi






presstv

"Presstv"az #ABŞ, #Almaniya, #Astana, #Audi, #Avropa, #Azərbaycan, #Bakı, #Cənubi Qafqaz, #Ermənistan, #Fransa, #Gəmi, #Gürcüstan, #İlham Əliyev, #İrəvan, #Moldova, #Müharibə, #Nəqliyyat, #Paris, #Rusiya, #Ukrayna, #Vaşinqton, #Vətən müharibəsi, #Yunanıstan

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Avropa Parlamentində Azərbaycanla bağlı keçirilən növbəti “dinləmələr” hüquqi və ya humanitar zərurətdən deyil, açıq şəkildə siyasi motivlərdən qaynaqlanır. Bu proseslər regionda formalaşmaqda olan real sülh gündəliyinə alternativ yaratmaq, eyni zamanda, Azərbaycanın artan regional və geosiyasi rolunu zəiflətmək məqsədi daşıyır.

Məsələn, 2024-25-ci illərdə Azərbaycan-Ermənistan sülh prosesində əsas irəliləyişlər ABŞ-nin vasitəçiliyi ilə əldə olunub. Xüsusilə Tramp administrasiyasının təşəbbüsü ilə formalaşan Vaşinqton razılaşmaları və onların tərkib hissəsi olan TRIPP layihəsi regional kommunikasiyaların açılması, təhlükəsizlik zəmanətləri və iqtisadi inteqrasiyanı nəzərdə tutur. Lakin Avropa İttifaqının (Aİ) Ermənistanla birlikdə Trampın vasitəçiliyi ilə əldə edilən sülh gündəliyinə qarşı çıxması, Aİ-Ermənistan son sənədində Trampın təşəbbüsü ilə yaradılan TRIPP layihəsinə istinadın olmaması bunun bariz nümunəsidir. Bu isə Aİ-nin məqsədli şəkildə ABŞ-nin təşəbbüslərini kənarda saxlamaq istədiyini göstərir. Brüssel üçün əsas hədəf Vaşinqton formatını sıradan çıxarıb, prosesləri Paris-Brüssel nəzarətinə qaytarmaqdır.

Aİ daxilində sorosçu qüvvələr, liberallar, erməni deputatlar bölgədə yaranan sülh prosesinə xələl gətirmək istəyirlər

Avropa Parlamentində qərarların əhəmiyyətli hissəsi faktlara deyil, ideoloji mövqelərə əsaslanır. Soros fondları ilə əlaqəli QHT şəbəkələri, radikal liberal qruplar, erməniəsilli deputatlar Cənubi Qafqazda milli dövlət modelinə qarşı çıxış edir. Azərbaycan bu dairələr üçün onların planlarını pozan tərəfdir. Çünki Bakı xarici siyasətdə suveren qərarlar verir, enerji və nəqliyyat sahəsində alternativ mərkəzə çevrilir, Qərbin və Rusiyanın diktəsini qəbul etmir. Bu isə o deməkdir ki, Avropa Parlamentində dinləmələrin məqsədi də bölgədə yaranan sülh prosesinə qarşı təxribatdır.

Bu təsisat tərəfindən Azərbaycana qarşı qərəzli yanaşma sistemli xarakter daşıyır. Vətən müharibəsinə qədər bu qurum Ermənistanı açıq ittiham edən qətnamə qəbul etməyib, Gürcüstan, Ukrayna və Moldovanın ərazi bütövlüyünə göstərdiyi dəstəyi Azərbaycana nəinki göstərməyib, əksinə, ölkəmiz əleyhinə böhtanlar, qarayaxma kampaniyaları həyata keçirib. Ərazilərimizin işğal faktı “mübahisə”, “status məsələsi” kimi qərəzli və özlərinin istinad etdiyi beynəlxalq hüquqa zidd şəkildə təqdim edilib. Bu yanaşma beynəlxalq hüququn selektiv tətbiqinin klassik nümunəsi, ikili standartların bariz nümunəsidir.

Avropa İttifaqının Ermənistandakı monitorinq missiyası

Son dövrlərdə Ermənistanda qeyri-legitim fəaliyyət göstərən “EU Monitoring Mission in Armenia” – Ermənistanda Aİ Monitorinq Missiyasının fəallaşması Aİ-nin bölgədə sülhə qarşı yürütdüyü siyasətin tərkib hissəsidir. Ermənistanda fəaliyyət göstərən missiya Azərbaycanla razılaşdırılmadan, regional balansı nəzərə almadan yerləşdirilib. Missiyanın mandatı da nə beynəlxalq təşkilatlar, nə də region dövlətləri tərəfindən təsdiqlənib. Buna baxmayaraq, monitorinq missiyası faktiki olaraq sülh danışıqlarında neytral mövqe nümayiş etdirmir, yeni gərginlik riskləri yaradır. Bu, Aİ-nin “müşahidəçi” deyil, tərəf rolunda çıxış etdiyini göstərir. Halbuki Azərbaycan dəfələrlə, xüsusən də Aİ-nin mülki missiyasının fəaliyyətinə qarşı çıxıb, Ermənistana təklif edilən sülh sazişinin bəndində də bu yer alıb. Martın 13-də həm rəsmi Bakı, həm də rəsmi İrəvan danışıqların yekunlaşdığını, mətnin bütün maddələrinin razılaşdırıldığını bəyan ediblər.

Məlum olduğu kimi, saziş layihəsi 17 maddədən ibarət olmaqla, 13 mart bəyanatlarına qədər 15 maddə razılaşdırılmış, iki maddə isə açıq qalmışdı. Bunlardan biri də Avropa İttifaqının müşahidə missiyasının fəaliyyətinə son verilməsidir. Bu missiya, faktiki olaraq, təxribatla məşğuldur. Onların məqsədi heç də sülh yaratmaq yox, Azərbaycan əleyhinə kəşfiyyat məlumatları əldə etməkdir.

Hələ 2022-ci ildə Azərbaycan Prezidenti İlham Əliyev Astanada MDB Dövlət Başçıları Şurasının iclasındakı çıxışında bildirmişdi ki, oktyabrın 6-da “Avropa siyasi birliyi”nin yeni platforması çərçivəsində Praqada Fransa prezidenti, Avropa İttifaqı Şurasının prezidenti, Ermənistanın baş naziri və Azərbaycan Prezidentinin iştirakı ilə dördtərəfli görüş təşkil olundu:

“Görüşdə bir neçə saat davam edən danışıqlar nəticəsində Ermənistan-Azərbaycan sərhədi yaxınlığında Ermənistan ərazisinə Avropa İttifaqının 40 nəfərdən ibarət mülki missiyasının göndərilməsi barədə qərar qəbul olundu:

“Ermənistan-Azərbaycan sərhədi yaxınlığında Ermənistan ərazisinə Avropa İttifaqının 40 nəfərdən ibarət mülki missiyasının göndərilməsi barədə qərar qəbul olundu. Sonradan bizə məlum oldu ki, onların sayı 50 nəfər olacaq. Onlar orada azı iki ay olacaqlar. Bu missiyanın məqsədi, gördüyümüz kimi, tərəflərə sərhədlərin çəkilməsində, delimitasiya ilə bağlı məsələlərin müəyyənləşdirilməsində kömək göstərməkdir. Bu səbəbdən biz buna razılıq verdik”.

Bu missiyanı Azərbaycan tərəfinə göndərmək cəhdlərinin olduğunu, bunun Azərbaycan tərəfindən qətiyyətlə rədd edildiyini bildirən Prezident İlham Əliyev deyib:

“Buna görə də missiya Ermənistan ərazisində, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) məsuliyyət zonasında yerləşəcək. Dünən Avropa nümayəndələrinin birinci qrupu bu missiyanın yerləşdirilməsini müəyyənləşdirmək üçün Ermənistana gedib”.

Yəni Aİ-nin Ermənistanla birgə fəaliyyətinin əsas məqsədi Vaşinqton razılaşdırmalarının pozulması, onların Paris və Brüssel gündəliyi ilə əvəzlənməsidir. İndi görünən odur ki, Aİ-nin beş Azərbaycan gəmisinə sanksiya tətbiq etməsi də real faktlarla uzlaşmır. Məsələn, Almaniya hələ də Rusiyadan neft məhsulları alır. 2023-24-cü illərdə Aİ Rusiyadan LNG (maye qaz) idxalını artırıb. Yunanıstan və Kipr bayrağı altında üzən onlarla tanker Rusiya neftini daşımağa davam edir. Avropa istehsalı olan mikroçiplər və elektronika Ermənistan üzərindən Rusiyaya ötürülür. Bu fonda Azərbaycan gəmilərinə sanksiya siyasi sifarişdir.

Avropa Parlamenti (AP) Azərbaycanda insan haqları üzrə dinləmələr də təşkil edir. Halbuki Ermənistanda təkcə 2025-ci ildə onlarla müxalifətçi, dini xadim, fəal və s. şəxslər uydurma səbəblərlə həbs edilib. Nə üçünsə AP bu barədə indiyədək diləmələr keçirməyib, hansı isə sənəd qəbul etməyib, rəsmi bəyanat verməyib. Bu isə “insan haqları”nın Aİ üçün maraq və təzyiq aləti olduğunu nümayiş etdirir. Üstəlik, qurum müxtəlif vaxtlarda Azərbaycanı müharibə cinayətkarlarını azad etməyə çağırır. Onlardan biri keçmiş qondarma rejimdə “nazir” postu tutan, Ukraynaya qarşı müharibəni maliyyələşdirən oliqarxlardan biri Ruben Vardanyandır. Belə bir şəxsin müdafiəsi AP-nin prinsipial olmadığını sübut edir. Çünki təsisat Azərbaycanın artan nüfuzundan narahatdır.

Avropada artan böhran

Qeyd etmək yerinə düşər ki, ABŞ-nin yeni Milli Təhlükəsizlik Strategiyasında Avropada siyasi parçalanma, dəyərlərin deqradasiyası, institusional böhran açıq şəkildə qeyd olunur. Sənəddə açıq şəkildə vurğulanıb ki, beynəlxalq sistem artıq klassik sabitlik dövrünü geridə qoyub və böyük güclər arasında rəqabət yeni mərhələyə keçib. Bu şəraitdə Avropa dövlətləri təhlükəsizliyini yalnız passiv müdafiə və ya siyasi bəyanatlarla deyil, real imkanlar və strateji qərarlarla təmin etməlidir. ABŞ Avropaya açıq mesaj verir ki, təhlükəsizlik sahəsində daha böyük məsuliyyət götürmək və hərbi, siyasi, texnoloji potensialı gücləndirmək zəruridir. Vaşinqton Avropanı artıq yalnız qorunan məkan deyil, qlobal təhlükəsizlik sisteminin aktiv dayağı kimi görmək istəyir. Bu isə Avropa İttifaqının müdafiə sənayesi, hərbi planlaşdırma və strateji koordinasiya sahələrində daha çevik və müstəqil olmasını tələb edir. Aİ qlobal aktor statusunu itirdikcə regionlarda süni gündəmlər yaratmaqla mövcudluğunu sübut etməyə çalışır. Lakin hamıya məlumdur ki, Aİ zəifləməkdədir və böyük siyasətdə subyektliyini itirir. Bunu çoxdan qlobal və regional aktorlar anlayıblar. Bu fonda belə cılız və əhəmiyyət kəsb etməyən məsələlərin AP tərəfindən qabardılması onun qərəzini nümayiş etdirir və ikrah hissi yaradır.

Təbii ki, Avropa İttifaqının bölgədə sülh gündəliyinə zidd fəaliyyəti əsla bizi yolumuzdan döndərməyəcək. Azərbaycan siyasətinin əsasında milli maraqlar durur və onların reallaşdırılmasından bizi heç kəs çəkindirə bilməz. Korrupsiyada batan Aİ yaxşı olar ki, öz problemləri ilə məşğul olsun. Qurum bölgə ilə bağlı tarixdə qalmış narrativlərdən çıxmayanadək regionda nüfuz qazana bilməyəcək. Avropa Parlamenti isə islamofob və türkofob təsisat sayılır və onların hansı isə müzakirələri və ya qətnamələri bizim üçün heç bir hüquqi təsir yaratmır.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv