Sabirabadda ticarət mərkəzində ciddi nöqsanlar aşkarlandı, sahibi cəzalandırıldı

Sabirabadda ticarət mərkəzində ciddi nöqsanlar aşkarlandı, sahibi cəzalandırıldı






presstv

"Presstv"az #Alkoqollu içkilər, #Audi, #Azərbaycan, #Qida məhsulları, #Sabirabad, #Sabirabad rayonu

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Sabirabad rayonu, Qaragüney kəndində fəaliyyət göstərən, Muradov Əvəz Sarxan oğluna məxsus “Elşən Gülşən” ticarət mərkəzində yoxlama keçirilib.

presstvaz xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.

Bildirilib ki, baxış zamanı marketdə qida məhsullarının saxlanma şəraitinə əməl olunmadığı, işçi heyətin tibbi müayinədən keçmədiyi və digər nöqsanlar müəyyən edilib:

“Həmçinin yararlılıq müddəti bitmiş, müvafiq müşayiətedici sənədləri olmayan qida məhsulları və istehsalçı, ünvan, istehsal tarixi barədə dolğun məlumatlar qeyd edilməyən, Azərbaycan dilində etiket məlumatları olmayan 393 ədəd müxtəlif əmtəə nişanlı alkoqollu içkilər aşkarlanıb.

Faktla bağlı ictimai iaşə obyektinin rəhbəri barəsində inzibati protokol tərtib edilib, istehlaka yararsız məhsullarla bağlı məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar qəbul olunaraq satışdan çıxarılıb”.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv