Emin Əmrullayev: “Kəlbəcər məktəbinin tikintisi 25 yaşlı inşaat mühəndisi tərəfindən aparılır”

Emin Əmrullayev: “Kəlbəcər məktəbinin tikintisi 25 yaşlı inşaat mühəndisi tərəfindən aparılır”






presstv

"Presstv"az #Audi, #Azərbaycan, #Emin Əmrullayev, #Qarabağ Universiteti, #Qarabağ və Şərqi Zəngəzur, #Təhsil

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Kəlbəcər məktəbinin tikintisinə nəzarət Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) 25 yaşlı inşaat mühəndisi tərəfindən aparılır”.

presstvaz xəbər verir ki, bu sözləri elm və təhsil naziri Emin Əmrullayev AzMİU-nun 50 illik yubileyinə həsr olunmuş tədbirdə çıxışı zamanı deyib. Nazir qeyd edib ki, universitetin məzunu olan gənc mühəndislər işğaldan azad edilmiş ərazilərdəki quruculuq işlərində, o cümədən Qarabağ Universitetinin inşasında fəal iştirak edirlər.

“Həmin məktəbin tikintisinin ilk ili kifayət qədər mürəkkəb idi, çünki o vaxt Kəlbəcərdə hələ heç bir infrastruktur yox idi. Çox çətin şəraitdə, gənc yaşına baxmayaraq, həmin mühəndis kifayət qədər böyük və gözəl məktəbin tikintisinin bir hissəsi oldu. Hazırda Azərbaycan Memarlıq və İnşaat Universitetinin məzunu olan gənc mühəndislər Azərbaycanda yeni universitet olan Qarabağ Universitetinin inşasında da çox yaxından və böyük ürəklə iştirak edirlər”.

E.Əmrullayev vurğulayıb ki, Qarabağ və Şərqi Zəngəzurun bərpası prosesində Azərbaycan memarlarının və bu təhsil ocağının yetişdirdiyi mütəxəssislərin çox böyük zəhməti var.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv