Anar Əliyev: “Sosial müavinət və təqaüd ödənişlərinin həcmi beş dəfə artıb”

Anar Əliyev: “Sosial müavinət və təqaüd ödənişlərinin həcmi beş dəfə artıb”






presstv

"Presstv"az #Anar Əliyev, #Audi, #Azərbaycan, #İlham Əliyev, #Minimum əməkhaqqı, #Sərəncam

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Sahibkarlığın inkişafı yeni iş yerlərinin yaradılmasına, innovasiyaların təşviqinə və əhalinin rifah halının yüksəlməsinə mühüm töhfə verir”.

presstvaz xəbər verir ki, bunu “Güc Biznesdədir – DAYAQ” mükafatının təqdimat mərasimində çıxışı zamanı Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev deyib.

O bildirib ki, dayanıqlı və rəqabətqabiliyyətli iqtisadiyyatın inkişaf etdirilməsi sahibkarlıq mühitinin inkişafı ilə yanaşı, vətəndaşların sosial rifahından da birbaşa asılıdır:

“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə 2018-ci ildən etibarən ölkədə 4 milyon vətəndaşımızı əhatə edən 5 sosial islahat zərfi həyata keçirilib. Bu islahatların illik əlavə maliyyə yükü 7.6 milyard manat təşkil edir. Nəticədə bu dövrdə minimum əməkhaqqı 3.1 dəfə, minimum pensiya 2.9 dəfə, orta aylıq pensiya isə 2.6 dəfə artırılıb. Sosial müavinət və təqaüd ödənişlərinin həcmi isə 5 dəfə artaraq 400 milyon manatdan 1.9 milyard manata çatıb.

Ötən müddət ərzində əmək münasibətlərinin leqallaşdırılması istiqamətində də mühüm irəliləyişlər əldə edilib. Belə ki, 2018-2025-ci illər ərzində əmək müqavilələrinin sayı 45 faiz və ya 595 min artmış və bu artımın 92 faizi özəl sektorun payına düşmüşdür. Bu müddət ərzində ölkə üzrə əməkhaqqı fondu 3.2 dəfə, o cümlədən qeyri-dövlət sektoru üzrə 3.6 dəfə artıb.

Əhalinin aktiv məşğulluğunun təmin edilməsi istiqamətində, müasir əmək bazarının çağırışlarına cavab olaraq ölkə başçısının müvafiq sərəncamı ilə təsdiq edilmiş 2019-2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyası əhalinin səmərəli məşğulluğunun təmin edilməsinə yönəlmiş uzunmüddətli dövlət məşğulluq siyasətinin əsasını təşkil edir.

İslahatların başlandığı dövrdən etibarən Nazirlik tərəfindən 2.1 milyondan çox şəxs aktiv məşğulluq tədbirlərinə cəlb olunub. Onlardan 823 min nəfəri işlə təmin edilib, 82 peşə istiqaməti üzrə 54 mindən çox şəxs peşə hazırlığına, 111 min nəfər isə özünüməşğulluq proqramına cəlb edilib. Bundan əlavə, bu dövr ərzində 1.2 milyon şəxsə peşəyönümü məsləhəti xidməti göstərilib”.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv