Peşə Təhsili üzrə Dövlət Agentliyinin yeni direktoru kollektivə təqdim olunub

Peşə Təhsili üzrə Dövlət Agentliyinin yeni direktoru kollektivə təqdim olunub






presstv

"Presstv"az #Audi, #Azərbaycan, #Emin Əmrullayev, #Futbol, #Neftçi, #Peşə təhsili, #Peşə Təhsili üzrə Dövlət Agentliyi, #Təbrik, #Təhsil, #Vəzifə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

 

Peşə Təhsili üzrə Dövlət Agentliyinin yeni direktoru İlqar Bayramlı kollektivə təqdim edilib.

presstvaz   xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb.

Təqdimat mərasimində çıxış edən elm və təhsil naziri Emin Əmrullayev İlqar Bayramlını yeni vəzifəyə təyin olunması münasibətilə təbrik edib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb. Nazir peşə təhsilinin əmək bazarının tələblərinə uyğun kadr hazırlığında mühüm rol oynadığını qeyd edərək bu sahədə həyata keçirilən islahatlar və qarşıdakı dövr üçün əsas prioritetlər barədə danışıb.

Peşə Təhsili üzrə Dövlət Agentliyinin yeni direktoru kollektivə təqdim olunub

Elm və Təhsil Nazirliyinin Təhsilin iqtisadiyyatı şöbəsinin müdiri İlqar Bayramlı Peşə Təhsili üzrə Dövlət Agentliyinə direktor təyin edilib.

presstvaz   bildirir ki,  elm və təhsil naziri Emin Əmrullayev bu barədə əmr imzalayıb.

Qeyd edək ki, İlqar Bayramlı 1992-1997-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq iqtisadi münasibətlər fakültəsində ali təhsil alıb, universiteti fərqlənmə diplomu ilə bitirib. 1997-2001-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Kibernetika İnstitutunda iqtisadi-riyazi üsullar ixtisası üzrə aspirantura təhsili alıb. Bu dövrdə iqtisadi qərarların modelləşdirilməsi, statistik təhlil və riyazi əsaslandırma sahəsində dərin biliklər əldə edib.

Əmək fəaliyyətinə 2003-cü ildə Azərbaycan Ali Hərbi Məktəbində müəllim kimi başlayıb, daha sonra baş müəllim vəzifəsində çalışıb.

Müxtəlif illərdə “Neftçi” Peşəkar Futbol Klubu MMC-də Maliyyə şöbəsinin rəisi, “Alyans Tekstil” MMC-də direktor, “Capital Motors” MMC-də maliyyə direktorunun müavini və maliyyə direktoru vəzifələrində fəaliyyət göstərib. Bu dövrdə iri təşkilatlarda maliyyə intizamının qurulması, strateji planlaşdırma, xərclərin optimallaşdırılması, investisiya qərarlarının əsaslandırılması və institusional dayanıqlığın təmin edilməsi istiqamətində mühüm nəticələr əldə edib.

Sonrakı mərhələdə 2020-2022-ci illərdə “Təmiz qaz” QSC-də direktorun maliyyə məsələləri üzrə müşaviri, “AzGranata” MMC-də Maliyyə departamentinin rəhbəri, eyni zamanda İdarə Heyəti sədrinin birinci müavini vəzifələrində çalışıb. Bu vəzifələrdə həm maliyyə, həm də icraedici idarəetmə funksiyalarını paralel şəkildə həyata keçirib, strateji qərarların qəbulu və iri kollektivlərin idarə olunması sahəsində təcrübəsini daha da genişləndirib.

2022-2025-ci illərdə Elm və Təhsil Nazirliyində Təhsilin iqtisadiyyatı şöbəsində əvvəlcə müdir müavini, daha sonra şöbə müdiri vəzifələrində çalışıb. Bu dövrdə dövlət təhsil siyasətinin iqtisadi əsaslarının formalaşdırılmasında, təhsil sistemində maliyyə mexanizmlərinin təkmilləşdirilməsində, resursların səmərəli bölgüsündə və strateji sənədlərin hazırlanmasında birbaşa iştirak edib.

2025-ci ilin sentyabr-dekabr aylarında Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri vəzifəsini icra edib. Bu vəzifədə təhsilin inkişafı üçün innovativ və alternativ maliyyə alətlərinin tətbiqi, layihə əsaslı yanaşmaların təşviqi və dövlət-özəl tərəfdaşlığı mexanizmlərinin genişləndirilməsi istiqamətində təşəbbüslərə rəhbərlik edib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv