“Kəndə təcili yardım gələ bilmir, nəvəm xəstələnəndə onu qucağımda daşımağa məcbur olmuşam” – Saatlı sakinlərinin kabusuna çevrilən yollar

“Kəndə təcili yardım gələ bilmir, nəvəm xəstələnəndə onu qucağımda daşımağa məcbur olmuşam” – Saatlı sakinlərinin kabusuna çevrilən yollar






presstv

"Presstv"az #Audi, #Bələdiyyə, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Saatlı rayonunun Orta Muğan kəndinin sakinləri yolların bərbad vəziyyətdə olmasından şikayətçidirlər. İllərdir davam edən bu problem sakinlərin gündəlik həyatına və təhlükəsizliyinə ciddi təsir göstərir.

Kənd sakinləri yolların keçilməz olmasının yaratdığı fəsadları belə ifadə edirlər: “Biz neçə illərdir bu vəziyyətdə yaşayırıq. Xeyir-şərimiz çox çətin keçir. Qışda vəziyyət daha da pisləşir, hətta mağazaya çörək almağa belə gedə bilmirik. Mal-qara da palçıq içində, pis vəziyyətdə qalır. Kəndə təcili yardım gələ bilmir. Nəvəm xəstə olanda onu qucağımda daşımaq məcburiyyətində qalmışam”.

Məsələ ilə bağlı Orta Muğan bələdiyyəsinin sədri Əli Əsgərov problemin həlli üçün plan hazırladıqlarını qeyd edib:

“Bizim nəzərdə tutduğumuz qrafikə əsasən, 2026-cı ilin iyun ayına qədər həmin yolların ən vacib hissələrinə çınqıl töküləcək. Beləliklə, yollar qismən də olsa, bərpa edilərək yararlı vəziyyətə gətiriləcək”.

Daha ətraflı Baku TV-nin süjetində:


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv