“Məktəbə oxumağa gedirik, uşaqda da günah var” – Özbəkistanda direktorun telefonu lövhəyə mismarlamasına REAKSİYA

“Məktəbə oxumağa gedirik, uşaqda da günah var” – Özbəkistanda direktorun telefonu lövhəyə mismarlamasına REAKSİYA






presstv

"Presstv"az #Audi, #Bakı, #Hadisə, #Özbəkistan, #Psixoloq, #Sosial şəbəkələr, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Özbəkistanda məktəb direktoru şagirdlərin məktəbə telefon gətirməsinə etiraz olaraq, bir şagirdin telefonunu mismarla elan lövhəsinə vurub.

Sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olan bu görüntülərlə bağlı Bakı sakinləri arasında da sorğu keçirilib.

Sakinlərdən biri hadisəyə belə münasibət bildirib: “Uşaqda da günah var. Məktəbə oxumaq üçün gedirik, telefon gətirilməməlidir”.

Lakin mütəxəssislər məsələyə həm psixoloji, həm də hüquqi tərəfdən yanaşaraq direktorun bu addımının yolverilməz olduğunu qeyd edirlər.

Psixoloq Elnur Rüstəmov bildirir ki, intizam qaydalarını pozan şagirdə və ya onun valideyninə xəbərdarlıq edilə bilər, hətta şagird dərslərdən uzaqlaşdırıla bilər:

“Heç bir halda icazəsiz telefonu götürmək və ya sındırmaq olmaz. Bu, şagirdlərdə ciddi psixoloji travmalar, məktəbə və müəllimə qarşı güvənsizlik yarada bilər. Nəticədə uşaqda aqressiya artır və özgüvəni aşağı düşür”.

Hüquqşünas Hikmət Əliyev isə vurğulayır ki, şagirdin şəxsi əşyasına zərər vurulması qanunla qadağandır:

“Şagirdə məxsus əmlakın qəsdən məhv edilməsi və ya zədələnməsi hüquqazidd bir davranışdır. Vurulmuş zərərin məbləğindən asılı olaraq, bu addımı atan şəxs qanun qarşısında məsuliyyət daşıyır”.

Daha ətraflı Baku TV-nin süjetində:


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv