BMT-nin Azərbaycandakı yeni rezident əlaqələndiricisinin fəaliyyətə başlayacağı tarix açıqlanıb

BMT-nin Azərbaycandakı yeni rezident əlaqələndiricisinin fəaliyyətə başlayacağı tarix açıqlanıb






presstv

"Presstv"az #Audi, #Azərbaycan, #Vəzifə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

BMT-nin Azərbaycandakı nümayəndəliyinin yeni rezident əlaqələndiricisi vəzifəsinin icrasına 2026-cı il iyulun 1-də başlayacaq.

presstvaz “Report”a istinadən xəbər verir ki, bunu BMT-nin İnkişaf üzrə Koordinasiya Ofisinin rəhbəri Karolina Azevedo deyib.

O, qeyd edib ki, BMT-nin Azərbaycandakı hazırkı rezident əlaqələndiricisi Vladanka Andreyevanın mandatı 2026-cı il yanvarın 6-da başa çatacaq.

Bildirilib ki, yeni rezident əlaqələndirici hazırda başqa ölkədə vəzifədədir və həmin ölkədə onun öhdəlikləri tamamlandıqdan sonra Azərbaycanda fəaliyyətə başlayacaq: “Adətən olduğu kimi, yeni rezident əlaqələndiricinin təyinatı ilə bağlı rəsmi elan vəzifəyə başlamasına yaxın tarixdə BMT baş katibinin sözçüsünün ofisi tərəfindən açıqlanacaq”.

K.Azevedo əlavə edib ki, keçid dövründə rəhbərliyin davamlılığını təmin etmək məqsədilə təcrübəli rezident əlaqələndirici 15 yanvar 2026-cı ildən etibarən müvəqqəti əsaslarla Azərbaycandakı Nümayəndəlikdə vəzifəyə başlayacaq.

Xatırladaq ki, V.Andreyeva Azərbaycanda fəaliyyətə 2021-ci il iyulun 1-də başlamışdı.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv