Gecə oyanmaların səbəbi açıqlandı – Problem əlamətidir?

Gecə oyanmaların səbəbi açıqlandı – Problem əlamətidir?






presstv

"Presstv"az #Böyük Britaniy, #Böyük Britaniya, #Həkim, #Stres

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Gecə yuxu zamanı qısa və ani oyanmalar həmişə yuxusuzluq əlaməti sayılmır.

presstvaz xəbər verir ki, bu barədə Böyük Britaniyanın Milli Səhiyyə Xidmətində çalışan terapevt David Gurley Daily Mail nəşrinə müsahibəsində bildirib.

Həkimin sözlərinə görə, insan orqanizmi sirkadiyal ritm adlanan daxili bioloji saatla işləyir. Bu sistem işıq və qaranlığa reaksiya verir və yuxululuqla ayıqlıq hissini tənzimləyən melatonin və kortizol hormonlarının ifrazına nəzarət edir. Cəmiyyət 24 saatlıq rejimlə yaşasa da, bədənin ritmi fərqli işləyə bilər.

Gurley qeyd edib ki, insanların gecə boyu heç oyanmadan yatması mümkün deyil. Yuxu təxminən 90 dəqiqəlik dövrlərlə gedir və hər dövrün sonunda qısa oyanma baş verir. Bu dövrün son mərhələsi sürətli göz hərəkətləri ilə xarakterizə olunan REM yuxusudur. Məhz bu mərhələdə beyin aktiv işləyir, yuxular görülür və oyanmalar daha tez-tez baş verir.

Həkim vurğulayıb ki, bu cür qısa oyanmalar hər kəsdə olur və sağlam insanlar üçün təhlükə yaratmır. Lakin oyanmalar tez-tez baş verirsə və narahatlıq yaradırsa, bu, emosional stressin yüksək səviyyədə olmasına işarə edə bilər.

Ekspert əlavə edib ki, gecə oyanmalarının klassik səbəblərindən biri də tualetə getmə ehtiyacıdır. Bu hal xüsusilə yaşlı kişilərdə daha çox rast gəlinir. Belə hallarda ciddi xəstəlikləri, o cümlədən prostat problemlərini istisna etmək üçün həkimə müraciət etmək tövsiyə olunur.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv