Yuxusuz gecələrin səbəbi bakteriyalar imiş

Yuxusuz gecələrin səbəbi bakteriyalar imiş






presstv

"Presstv"az #Araşdırma, #Bağırsaq sağlamlığı, #Bakteriya, #Çin, #Düzgün qidalanma, #Həkim, #London, #Stres

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Yuxusuzluğun gözə görünməyən səbəbi açıqlanıb.

presstvaz xəbər verir ki, həkimlərin sözlərinə görə yuxu pozuntuları təkcə stress və ya gündəlik rejimlə deyil, bağırsaqlardakı bakteriyalarla da əlaqəli ola bilər. Belə ki, faydalı bağırsaq bakteriyalarının azalması yuxusuzluğa səbəb ola bilər.

London Universitet Kolleci xəstəxanasının somnoloqu Sara Maknillis bildirib ki, bağırsaq mikrobiomu ilə yuxunun keyfiyyəti arasında birbaşa əlaqə var. Onun sözlərinə görə bağırsaqdakı bakteriyaların tərkibi dəyişəndə yuxu pozula bilər, eyni zamanda uzunmüddətli yuxusuzluq da bu bakteriyalara mənfi təsir göstərir.

Çin alimlərinin təxminən 387 min nəfərin iştirakı ilə apardığı araşdırma göstərib ki, yuxu problemi olan insanlarda yeddi növ faydalı bağırsaq bakteriyası daha az olur. Xüsusilə laktobakteriyaların azalması diqqət çəkib.

Həkim izah edib ki, bu bakteriyalar qida liflərini parçalayaraq maddələr mübadiləsində və bağırsaq-beyin əlaqəsində rol oynayan maddələr istehsal edir. Yuxu çatışmazlığı isə zərərli bakteriyaların artmasına şərait yaradır və problemi daha da dərinləşdirə bilər.

Mütəxəssislər bildirir ki, yuxusuzluğun müalicəsində düzgün qidalanma və bağırsaq sağlamlığı da yuxu rejimi qədər vacibdir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv