2026-da pulu qızıla yatırmaq olar, ya yox? – AÇIQLAMA

2026-da pulu qızıla yatırmaq olar, ya yox? – AÇIQLAMA






presstv

"Presstv"az #ABŞ, #ABŞ dolları, #Dollar, #Nyu-York, #Qiymət artımı, #Qızılın qiyməti, #Rusiya

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

2026-cı ildə qızıl investisiya üçün faydalı ola bilər.

presstvaz xəbər verir ki, bunu rusiyalı finansçı Maksim Molderf deyiib. Onun fikrincə qızılın qiyməti yüksəlməyə davam edəcək, buna görə də sərmayənin təxminən 10%-ini qızıla qoymaq məntiqlidir.

"Qızıl adətən yüksək gəlir üçün deyil, maliyyə risklərinə qarşı "yastıq" kimi alınır. 2025-ci ildə qızılın qiyməti təxminən 60% artıb və bir neçə dəfə rekord həddə çatıb. Qiymət artımını bir neçə amillə izah edirlər: ABŞ Federal Ehtiyat Sisteminin siyasətini yumşalda biləcəyi gözləntiləri, dolların zəifləməsi, qlobal qeyri-müəyyənlik və mərkəzi bankların qızılı aktivlərinə daxil etməsi.

Molderf qeyd edir ki, ABŞ-da faiz dərəcələri düşsə və dünya maliyyə bazarlarında qeyri-müəyyənlik qalsa, qızıl investorlara daha etibarlı görünəcək.

Qeyd edək ki, 16 dekabrın statistikasına əsasən Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə 2026-cı ilin fevral fyuçerslərinin qiyməti 0,7% artaraq 4 362,55 ABŞ dollarına bərabər olub.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv