Pensiya islahatları başlayır: vətəndaşları nə gözləyir?

Pensiya islahatları başlayır: vətəndaşları nə gözləyir?






presstv

"Presstv"az #Azərbaycan, #Maliyyə Nazirliyi, #Milli Məclis, #Vüqar Bayramov

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

"Hazırda Azərbaycanda pensiya yaşının artırılması ilə bağlı hər hansı bir layihə müzakirə edilmir və bu istiqamətdə heç bir sənəd təqdim olunmayıb. Lakin ümumilikdə pensiya islahatlarının dərinləşdirilməsi və pensiya qanunvericiliyinin təkmilləşdirilməsi sosial müdafiə sahəsində əsas prioritetlərdən biri olaraq qalır".

presstvaz xəbər verir ki ,bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov deyib.

O, bildirib ki, özəl pensiya fondlarının yaradılması, sığorta-pensiya münasibətlərinin tənzimlənməsi və sistemin dayanıqlılığının artırılması vacib istiqamətlər kimi müəyyən edilib:

"Gözlənilir ki, yaxın illərdə bu sahədə konkret addımlar atılacaq. Bu, pensiya sisteminin daha effektiv şəkildə fəaliyyət göstərməsinə imkan verəcək. Pensiya sahəsində planlaşdırılan strategiyalar daha uzunmüddətli dövr üçün nəzərdə tutulub. Gələcəkdə qəbul ediləcək qərarlarda ölkə əhalisinin yaş strukturu, əmək bazarındakı dinamika və sığorta ödənişlərinin həcmi kimi amillər əsas götürüləcək".

Onun sözlərinə görə, hazırda diqqət mərkəzində olan əsas məsələ isə özəl pensiya fondlarının formalaşdırılması və pensiya-sığorta sisteminin institusional gücləndirilməsidir:

"Bu istiqamətdə gələn ildən etibarən müəyyən islahatların həyata keçirilməsi gözlənilir.

Sözsüz ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Maliyyə Nazirliyi mövcud fiskal imkanları və demoqrafik göstəriciləri nəzərə alaraq bu sahədə planlama və sistemləşdirmə işlərini davam etdirir".


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv