“Süd və ət istehsalı üzrə mövcud problemlər və qida təhlükəsizliyi sahəsinə təsirlərin qiymətləndirilməsi” mövzusunda ictimai müzakirə keçirilib

“Süd və ət istehsalı üzrə mövcud problemlər və qida təhlükəsizliyi sahəsinə təsirlərin qiymətləndirilməsi” mövzusunda ictimai müzakirə keçirilib






presstv

"Presstv"az #Audi, #Bakı, #İqtisadiyyat Nazirliyi, #Kənd Təsərrüfatı Nazirliyi, #Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), #Məcnun Məmmədov

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) yanında İctimai Şuranın təşkilatçılığı, Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi ilə “Süd və ət istehsalı üzrə mövcud problemlər və qida təhlükəsizliyi sahəsinə təsirlərin qiymətləndirilməsi” mövzusunda ictimai müzakirə keçirilib. “Bakı KOB evi”ndə təşkil olunmuş tədbirdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti, Qida Təhlükəsizliyi Agentliyi, Dövlət Gömrük Komitəsi və s. dövlət qurumlarının və biznes assosiasiyalarının nümayəndələri, müvafiq sahədə fəaliyyət göstərən 80-ə yaxın sahibkar iştirak edib.

presstvaz xəbər verir ki, bu barədə KOBİA məlumat yayıb.

KOBİA yanında İctimai Şuranın sədri Emin Dostiyari tədbirin məqsədinin süd və ət istehsalı sahəsində mövcud vəziyyətin müzakirəsi, bu sahədə fəaliyyət göstərən sahibkarların fikir və təkliflərinin dinlənilməsi, eləcə də qida təhlükəsizliyi ilə bağlı məsələlər üzrə qarşılıqlı fikir mübadiləsinin aparılması olduğunu bildirib.

Kənd təsərrüfatı naziri Məcnun Məmmədov çıxışında qeyd edib ki, dövlət tərəfindən heyvandarlıq sektorunun inkişafının stimullaşdırılması məqsədilə sistemli dəstək mexanizmləri tətbiq olunur. 2021-2025-ci illər ərzində 25 615 baş iribuynuzlu və 8 mindən artıq xırdabuynuzlu damazlıq heyvanın alınmasına 89.8 milyon manat məbləğində güzəşt tətbiq edilib, eyni zamanda 10 mindən artıq təsərrüfat subyektinə 128 milyon manatdan çox aşağı faizli güzəştli kreditlər təqdim olunub. Xüsusi təhlükəli xəstəliklərə qarşı peyvəndləmə tədbirləri isə tam şəkildə dövlət büdcəsi hesabına həyata keçirilir. Nazir vurğulayıb ki, işğaldan azad olunmuş ərazilər heyvandarlığın inkişafı baxımından mühüm potensiala malikdir və bu ərazilərdə sektorun təşkili və inkişafı üzrə məqsədyönlü siyasət tədbirləri ardıcıl şəkildə icra olunmaqdadır.

KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov süd və ət istehsalının qida təhlükəsizliyi baxımından strateji əhəmiyyətini vurğulayaraq, bu sahədə mövcud çağırışlara və məsələlərə sistemli yanaşmanın önəmini qeyd edib. O, yem bazası, baytarlıq nəzarəti, istehsal və tədarük zəncirinin təşkili, standartlara uyğunluq və maarifləndirmə kimi amillərin bir-biri ilə sıx əlaqədə olduğunu vurğulayıb. Bildirilib ki, süd və ət sektorunda fəaliyyət göstərən mikro və kiçik sahibkarlıq subyektlərinin dayanıqlılığının təmin olunması regionların sosial-iqtisadi inkişafı və məşğulluğun artırılması baxımından vacibdir.

Tədbir çərçivəsində Kənd Təsərrüfatı Nazirliyi tərəfindən heyvandarlıq sektorunun inkişafı üzrə dövlət siyasətinə və hədəflərə dair təqdimat keçirilib, sahibkarların təklifləri dinlənilib və sualları cavablandırılıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv