Bakıda 17-ci Azərbaycan-Türkiyə Yüksəksəviyyəli Hərbi Dialoq İclası keçirilir

Bakıda 17-ci Azərbaycan-Türkiyə Yüksəksəviyyəli Hərbi Dialoq İclası keçirilir






presstv

"Presstv"az #Audi, #Azərbaycan, #Bakı, #Türkiyə, #Vəzifə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Dekabrın 17-də Bakıda 17-ci Azərbaycan-Türkiyə Yüksəksəviyyəli Hərbi Dialoq İclası öz işinə başlayıb.

presstvaz xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, iclas çərçivəsində müdafiə nazirinin müavini – baş direktor Aqil Qurbanov Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahının 2-ci rəisi, ordu generalı Levent Ergünün rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

A.Qurbanov Azərbaycan və Türkiyə arasında bütün sahələrdə, o cümlədən hərbi sahədə əlaqələrin yüksək səviyyədə olduğunu qeyd edib və bu əməkdaşlığın daha da genişləndirilməsinin hər iki tərəf üçün əhəmiyyətini diqqətə çatdırıb.

Keçirilən görüşlərin və icra olunan birgə fəaliyyətlərin bundan sonra da intensivləşəcəyini bildirən ordu generalı L.Ergün qarşılıqlı təcrübə mübadiləsinin hər iki ordu üçün səmərəli olacağını qeyd edib.

Görüşdə Azərbaycan və Türkiyə arasında hərbi əməkdaşlıq sahəsindəki cari fəaliyyət mexanizmləri barədə geniş müzakirələr aparılıb.

Hərbi Dialoq İclasının növbəti mərhələsində Alt İşçi Qrupları tərəfindən ikitərəfli hərbi əlaqələrin cari vəziyyəti təhlil edilərək, perspektivdə duran vəzifələrin yerinə yetirilməsi üçün əsas fəaliyyət istiqamətləri haqqında fikir mübadilələri aparılıb.

Qeyd edilib ki, dekabrın 19-dək davam edəcək 17-ci Yüksəksəviyyəli Hərbi Dialoq İclası çərçivəsində Alt İşçi Qrupların Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində və Milli Müdafiə Universitetində görüşləri keçiriləcək.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv