Bakıda yeddi ay əvvəl təmirə bağlanan mərkəzi küçələrdən birində İŞLƏR YEKUNLAŞIR

Bakıda yeddi ay əvvəl təmirə bağlanan mərkəzi küçələrdən birində İŞLƏR YEKUNLAŞIR






presstv

"Presstv"az #Audi, #Avto, #Azərbaycan, #Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA), #Babək prospekti, #Bakı, #Nəqliyyat

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Ağ şəhər” yol infrastruktur layihələri çərçivəsində Süleyman Vəzirov küçəsinin bir hissəsində – Xəqani Rüstəmov küçəsi ilə kəsişməsindən Babək prospektinə qədər olan ərazidə aparılan yenidənqurma işlərini yekunlaşmaq üzrədir.

presstvaz xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.

Bildirilib ki, uzunluğu 1100 metr olan sözügedən küçənin hərəkət hissəsinin eni 14 metr təşkil edir.

“Yenidənqurma işləri çərçivəsində avtonəqliyyat vasitələrinin parklanmasının təmin edilməsi məqsədilə 2.5 metr enində xüsusi zolaqlar yaradılıb.

Ərazidə yeni asfalt-beton örtüyü döşənib, avtonəqliyyat vasitələrinin rahat və təhlükəsiz hərəkətinin təşkili üçün işıqforlar və siqnal dirəkləri quraşdırılıb.

Hazırda mövcud piyada səkilərinin bərpası, 5 metr enində yeni səkilərin tikintisi, eləcə də bəzək daşlarının (tamet) vurulması işləri yekunlaşmaq üzrədir.

“İnşaat Norma və Qaydaları”nın tələblərinə uyğun olaraq, zəruri ərazilərdə yol nişanlarının quraşdırılması, yol cizgilərinin, yolgöstəricilərin və piyada zolaqlarının çəkilməsi işləri də aparılacaq. Küçənin sözügedən hissəsi yaxın müddətdə müasir görkəmdə vətəndaşların istifadəsinə veriləcək”, – məlumatda qeyd olunub.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv