FIFA-ya şikayət olundu – Nigeriya DÇ-2026-ya yollana bilər

FIFA-ya şikayət olundu – Nigeriya DÇ-2026-ya yollana bilər






presstv

"Presstv"az #Audi, #Avropa, #Futbol, #Konqo Demokratik Respublikası (KDR), #Niger, #Nigeriya

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Nigeriya Futbol Federasiyası 2026-cı ildə keçiriləcək futbol üzrə dünya çempionatının (DÇ-2026) seçmə mərhələsində Konqo Demokratik Respublikası (KDR) ilə oyunun nəticəsindən FIFA-ya şikayət ərizəsi ilə müraciət edib.

presstvaz ESPN-ə istinadən xəbər verir ki, Nigeriya tərəfi KDR yığmasının heyətində vətəndaşlıqla bağlı qaydaları pozaraq meydana çıxan doqquza qədər oyunçunun olduğunu açıqlayıb.

Məlumata görə, sözügedən futbolçular Avropada anadan olublar və həmin pasportlarından imtina etməyiblər. KDR qanunlarına görə, bu, ikili vətəndaşlığın qadağan edildiyi ölkədə vətəndaşlığa sahib olmaqla bir araya sığmır.

FIFA-nın şikayətlə bağlı yekun qərarını mart ayında keçiriləcək DÇ-2026-ya vəsiqə uğrunda qitələrarası pley-off görüşlərinə qədər verəcəyi gözlənilir.

Xatırladaq ki, Nigeriya yığması DÇ-2026-ya vəsiqə uğrunda Afrika zonasında keçirilən pley-off mərhələsinin final görüşündə Konqoya məğlub olub (1:1, penaltilərlə 3:4). Bundan sonra KDR yığması qitələrarası pley-off mərhələsinə yüksəlib, Nigeriya isə nüfuzlu turnirə vəsiqə qazanmaq şansını itirib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv