Qalib Bayramov məhkəmədə ifadə verib

Qalib Bayramov məhkəmədə ifadə verib






presstv

"Presstv"az #Audi, #Avropa, #Azərbaycan, #Bakı, #Bakı Ağır Cinayətlər Məhkəməsi, #Cinayət işi, #Hakim, #Vəzifə, #Vəzifə səlahiyyətlərindən sui-istifadə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

İqtisadi Tədqiqatlar Mərkəzi İctimai Birliyinin Mərkəzi İdarə Heyətinin sədri, iqtisadçı Qalib Bayramovun cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.

Oxu Az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Qalib Bayramov sərbəst ifadə verib.

“Mən heç bir siyasi prosesdə iştirak etməmişəm. Sadəcə Azərbaycanın Avropa prinsiplərinə uyğun olaraq iştirak etdiyi “açıq hökumət” təşəbbüsü proqramında aktiv iştirak etmişəm. Azərbaycan hökuməti bu təşəbbüsə qoşulan ilk və aparıcı ölkələrdən biri olub. Mən “Korrupsiyaya qarşı mübarizə” İctimai Birliyində birbaşa iştirak etməmişəm. Lakin könüllü fəaliyyətim mövcud olub. Təşkil etdiyim tədbirlərdə dövlət qurumlarının nümayəndələri, Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov da iştirak ediblər. Bununla bağlı internetdə olan videolardan da açıq-aydın görünür. Tədbirlərimi Əliməmməd Nuriyevin ofisində təşkil etmişəm”, – deyə o bildirib.

Qrantlarla bağlı Qalib Bayramov bildirib ki, bütün proses qanunvericiliyin tələblərinə uyğun keçirilib:

“Aldığımız qrantlarla əlaqədar müqavilələrimiz və sənədlərimiz də mövcuddur. Həmin müqavilələr yeni qrant haqqında qanunun qəbulundan öncə baş verdiyi üçün əvvəlki qanunla tənzimlənirdi. Yeni qanundan sonra mən nə Azərbaycandan, nə də digər ölkələrin buradakı nümayəndələrindən qrant almışam. Yalnız tenderlərdə iştirak etmişəm”.

Təqsirləndirilən ona qarşı irəli sürülən qanunsuz qrant alma ittihamlarını isə belə cavablandırıb:

“Mənim gördüyüm işi həmin dövrdə digərləri də görürdülər. Lakin məsuliyyətə yalnız mən cəlb edilmişəm. Bunu ona görə demirəm ki, digərlərini də cəlb edəsiniz. Sadəcə özümü aydın olmayıb”.

Vaxt məhdudiyyəti ilə əlaqədar o, ifadəsinə növbəti prosesdə davam edəcək. Proses yanvarın 21-də keçiriləcək.

Qeyd edək ki, Qalib Bayramova qarşı Cinayət Məcəlləsinin 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma xeyli miqdarda törədildikdə ), 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham irəli sürülüb. Onun barəsində polis nəzarəti altına vermə qətimkanı seçilib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv