“Uşaq Avroviziyası” təmsilçimiz: “Özümü ilk beşlikdə gözləyirdim”

“Uşaq Avroviziyası” təmsilçimiz: “Özümü ilk beşlikdə gözləyirdim”






presstv

"Presstv"az #Audi, #Avroviziya, #Azərbaycan, #Ermənistan, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Uşaq Avroviziyası” mahnı müsabiqəsində Azərbaycanı təmsil edən Yağmur Nəsrullayeva yarış haqqında təəssüratlarını Baku TV-yə açıqlayıb.

Gənc ifaçı müsabiqə prosesi və nəticələri ilə bağlı fikirlərini bölüşüb: “Hər şey çox tez oldu. Bəzən elə düşünürəm ki, mən dünən seçilmişəm. Açığı, mən özümü ilk beşlikdə gözləyirdim. Düzünü desəm, mənim üçün vacib olan yer deyildi. Mənim üçün əsas olan o idi ki, səhnəyə çıxıb gözəl bir performans göstərim”.

Təmsilçimiz, həmçinin, müsabiqə zamanı Ermənistan parlamentinin spikeri Alen Simonyanla olan görüşünə də aydınlıq gətirib. Yağmur qeyd edib ki, bu görüş təşəbbüsü qarşı tərəfdən gəlib:

“Əslində o, mənimlə görüşmək istədiyini bildirdi. Mən də onunla görüşdüm və o, mənə uğurlar arzu etdi. Mən də ona təşəkkür etdim. Düzünü desəm, əslində heç bilmirdim ki, o kimdir. Görüşüm bitəndən sonra bildim ki, o erməni spikerdir.”

Daha ətraflı Baku TV-nin videomaterialında:


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv