Böyük Britaniyanın ticarət elçisi: “Azərbaycanın Orta Dəhlizin formalaşmasındakı rolu xüsusilə böyük imkanlar vəd edir”

Böyük Britaniyanın ticarət elçisi: “Azərbaycanın Orta Dəhlizin formalaşmasındakı rolu xüsusilə böyük imkanlar vəd edir”






presstv

"Presstv"az #Audi, #Azərbaycan, #Böyük Britaniy, #Böyük Britaniya, #İlham Əliyev, #Orta Dəhliz

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Azərbaycan və Mərkəzi Asiya üzrə Böyük Britaniyanın ticarət elçisi olaraq ilk səfərimi Azərbaycana etməkdən məmnunam. Xəzər sahillərindən başlayaraq ölkənin qərbində yerləşən Naxçıvana qədər səyahət etdim. Son günlər ərzində möhtərəm Prezident İlham Əliyevlə, nazirlərlə, dövlət qurumlarında çalışan həmkarlarla görüşmək, eyni zamanda, bu münasibətlərin önündə gedən işgüzar dairələrin nümayəndələri ilə bir araya gəlmək mənim üçün böyük şərəf idi”.

presstvaz xəbər verir ki, bunu Azərbaycan və Mərkəzi Asiya üzrə Böyük Britaniyanın ticarət elçisi Lord Con Olderdays belə deyib.

Keçirdiyi görüşlərin son dərəcə məhsuldar olmasından bəhs edən ticarət elçisi Böyük Britaniya və Azərbaycan arasındakı əməkdaşlığın strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsi ilə qürur duyduğunu bildirib.

“Azərbaycanın Orta Dəhlizin formalaşmasındakı rolu xüsusilə böyük imkanlar vəd edir. Bu səfər mənə göstərdi ki, strateji tərəfdaşlar olaraq birlikdə əldə edə biləcəyimiz uğurlar bundan da çoxdur”, – deyən Böyük Britaniya təmsilçisi iki ölkə arasında münasibətlərin gələcəyinə böyük həvəs və nikbinliklə yanaşdığını bildirib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv