Gürcüstan 43 əcnəbini deportasiya etdi: Aralarında azərbaycanlılar da var

Gürcüstan 43 əcnəbini deportasiya etdi: Aralarında azərbaycanlılar da var






presstv

"Presstv"az #Audi, #Azərbaycan, #Deportasiya, #Dollar, #Efiopiya, #Gürcüstan, #Hindistan, #İran, #Miqrasiya qanunları, #Misir, #Pakistan, #Rusiya, #Tacikistan, #Türkiyə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Son bir neçə gün ərzində Gürcüstan Daxili İşlər Nazirliyinin Miqrasiya departamentinin əməkdaşları 43 əcnəbini deportasiya ediblər.

presstvaz xəbər verir ki, bu barədə nazirliyin Mətbuat xidməti məlumat yayıb.

Miqrasiya qanunlarını pozduqları üçün deportasiya olunanlar arasında Banqladeş, Misir, İran, Hindistan, İordaniya, Pakistan, Rusiya, Tacikistan, Türkiyə, Türkmənistan və Efiopiya ilə yanaşı Azərbaycan vətəndaşları da var.

İlin əvvəlindən bəri ölkədən 1200 qanunsuz miqrant deportasiya edilib ki, bu da son bir neçə ildəki ümumi rəqəmdən çoxdur.

Qanunsuz miqrasiyaya qarşı mübarizəni gücləndirməyə yönəlmiş Gürcüstanın miqrasiya qanunvericiliyinə edilən dəyişikliklər oktyabrın 1-də qüvvəyə minib. Dəyişikliklərə əsasən, Gürcüstanda qalma müddətini aşan əcnəbilər 1000-3000 lari arasında (təqribən 370-1100 dollar) cərimə olunacaqlar. Cərimə respublikada hansı müddətdə qanunsuz qalmaqdan asılıdır. Cərimə ilə yanaşı, qanunsuz miqrantın Gürcüstana girişi qadağan olunacaq.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv