Kürdəmirdə üç nəfərin öldüyü qəzada təqsirli bilinən şəxsə hökm oxundu

Kürdəmirdə üç nəfərin öldüyü qəzada təqsirli bilinən şəxsə hökm oxundu






presstv

"Presstv"az #Araşdırma, #Audi, #Avto, #Cinayət işi, #Hadisə, #Hakim, #Lənkəran, #Nəqliyyat, #Təcili Tibbi Yardım, #Vəfat edib

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Kürdəmir rayonunda üç nəfərin öldüyü qəza ilə bağlı təqsirli bilinən 1992-ci il təvəllüdlü Əflatun Umudovun cinayət işinə baxılıb.

presstvaz “Teleqraf”a istinadən xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Neymət Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm elan edilib.

Umudov üç il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan və beş il müddətə azadlıqdan məhrum olunub.

Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.

Qeyd edək ki, hadisə ötən il iyunun 18-də Kürdəmir rayonu, Cəyli kəndi ərazisində baş verib. “Mercedes-Benz” markalı avtomobil idarəetməni itirərək yolun kənarına aşıb.

Ceyhun Ağanəzər oğlu Xanəliyev, Toğrul Hikmət oğlu Xanəliyev və Süleyman Qarakişi oğlu Əhmədov vəfat ediblər. Sükan arxasında olan Əflatun Əflan oğlu Umudov isə xəsarət alıb.

İstintaq araşdırması zamanı Umudov təqsirli bilinib. Onun barəsində Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə ittiham elan edilib.

İş üzrə ifadə verən təqsirləndirilən şəxs özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, avtoqəza nəticəsində avtomobilində dünyasını dəyişənlərin hamısı yaxınları olublar:

“Ceyhun Xanəliyev dayım oğlu, Toğrul Xanəliyev sinif yoldaşım, həm də Toğrulun atası ilə anam əmi qızı əmi oğlu, Süleyman Əhmədov isə dayım oğlu Ceyhunun bacanağı olublar. Hadisə Toğrulla birlikdə Ceyhun və Süleymanı rayon mərkəzinə tərəf aparan zaman baş verib. Hadisənin necə baş verməsini xatırlamamışam. Xəstəxanaya gedən zaman təcili tibbi yardım maşınında ayılmışam”.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv