166 nömrəli məktəb-liseydə istilik problemi nə zaman həllini tapacaq? – BŞTİ-dən CAVAB

166 nömrəli məktəb-liseydə istilik problemi nə zaman həllini tapacaq? – BŞTİ-dən CAVAB






presstv

"Presstv"az #Audi, #Bakı, #Qaradağ rayonu, #Təhsil, #Təmir işləri

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

166 nömrəli məktəb-lisey “Azəristiliktəchizat” ASC tərəfindən mərkəzləşdirilmiş qaydada istiliklə təmin olunur.

presstvaz   Oxu.az-s  istindən xəbər verir ki, bu barədə   Bakı Şəhəri Təhsil İdarəsindən bildirilib.

Məlumatda qeyd olunub ki, xətlərdəki problemlə əlaqədar liseyin bəzi sinif otaqlarına istiliyin verilməsi qismən məhdudlaşıb:

“Məsələ tam nəzarətə götürülüb və qısa zamanda qarşıya çıxan problemin həlli üçün zəruri tədbirlər görüləcək.

Qeyd edək ki, təhsil müəssisələrinin istiliklə təmin olunmasının normal təşkili üçün davamlı monitorinqlər aparılır, hər hansı problem aşkarlandığı təqdirdə, səbəbi müəyyənləşdirilərək aradan qaldırılması üçün aidiyyəti qurumlarla birgə yaradılmış operativ işçi qruplar tərəfindən tədbirlər görülür”.

15:31

Bakı şəhəri, Qaradağ rayonunda yerləşən Faiq Rəfiyev adına 166 nömrəli məktəb-liseydə istilik sistemi ilə bağlı problem yaranıb.

presstvaz   Oxu.az-a istinadən bildirir ki,  məktəbin bir hissəsində istilik olsa da, digər hissəsində yoxdur.

Bildirilir ki, problemin əsas səbəbi istilik borularının köhnə və dəmir materialdan olmasıdır. Belə ki, onların daxildən paslanması suyun normal dövriyyəsinə mane olur və tutulmalar yaradır.

Məktəbin direktoru Zeynəb Vəliyeva valideynlərə ünvanladığı müraciətdə qeyd edib ki, avqust-sentyabr aylarından etibarən aidiyyəti qurumlara yazılı müraciətlər olunub və artıq məktəbin növbəsi çatıb. Onun sözlərinə görə, məktəbə yeni plastik borular, istilik batareyaları və digər zəruri avadanlıqlar gətirilib.

Direktorun bildirdiyinə görə, dekabrın sonu – yanvarın əvvəllərində bütün istilik borularının dəyişdirilməsi planlaşdırılır. Hazırda istilik sisteminin tam dayandırılması mümkün olmadığından təmir işlərinə dərhal başlamaq mümkün deyil.

Məktəb rəhbərliyi valideynlərdən yanvarın sonunadək uşaqları qalın geyindirməyi və dərsə davamiyyətin təmin olunmasını xahiş edib.

Valideynlər isə bildirirlər ki, övladlarının soyuq sinif otaqlarında xəstələnmək riski var və bu səbəbdən distant təhsilin tətbiqi şagirdlərin sağlamlığı baxımından daha məqsədəuyğundur.

Məsələ ilə bağlı aidiyyəti quruma sorğu ünvanlanıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv