MÜSİAD Azərbaycan prezidenti: “Hər il orta hesabla 10,5 milyon manatlıq kommersiya əməliyyatı həyata keçirilir”

MÜSİAD Azərbaycan prezidenti: “Hər il orta hesabla 10,5 milyon manatlıq kommersiya əməliyyatı həyata keçirilir”






presstv

"Presstv"az #Almaniya, #Audi, #Azərbaycan, #Türkiyə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“2025-ci il ərzində yalnız MÜSİAD-ın (Müstəqil Sənayeçi və İş Adamları Dərnəyi) Azərbaycan üzvləri tərəfindən ölkə iqtisadiyyatına 93 milyon manat investisiya yönləndirilib. Ümumilikdə isə son dörd ildə 167 milyon manatlıq investisiya həyata keçirilib”.

presstvaz-ın xəbərinə görə, bu barədə MÜSİAD-ın Azərbaycan üzrə prezidenti Rəşad Cabirli Dərnək Mərkəzində media nümayəndələrinin iştirakı ilə keçirilən görüşdə açıqlama verib.

MÜSİAD rəsmiləri təkcə Türkiyədə deyil, Almaniya başda olmaqla, bir çox ölkədə təqdimat mərasimləri təşkil edərək Azərbaycanın iqtisadi potensialını beynəlxalq ictimaiyyətə tanıtmağa davam edirlər. Bu təqdimatların əsas məqsədi əlaqədar ölkələrdə yaşayan diaspor nümayəndələrinin Azərbaycanla bağlı ticarət və investisiya yönümlü fəaliyyətlərə marağını ölçmək və artırmaqdır.

Rəşad Cabirlinin qeyd etdiyi kimi, MÜSİAD üzvləri tərəfindən hər il orta hesabla 10.5 milyon manat dəyərində kommersiya əməliyyatları həyata keçirilir.

“MÜSİAD-ın strateji hədəfləri arasında üzv şirkətlər arasında ticarət həcminin artırılması, qarşılıqlı investisiya axınlarının gücləndirilməsi və regional iqtisadi əməkdaşlığın genişləndirilməsi də yer alır.

Hazırda MÜSİAD üzvləri arasında ticarət həcmi dördillik dövrdə 11 milyon manata yaxınlaşıb. Qurum müəyyən etdiyi yeni iqtisadi hədəflərlə bu rəqəmləri daha da artırmağı planlaşdırır”, – deyə o əlavə edib.

MÜSİAD Azərbaycan prezidenti: Hər il orta hesabla 10,5 milyon manatlıq kommersiya əməliyyatı həyata keçirilir


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv