Nazir: “Əhalinin sosial rifahına cavab verən yeni mexanizmlər formalaşdırılır”

Nazir: “Əhalinin sosial rifahına cavab verən yeni mexanizmlər formalaşdırılır”






presstv

"Presstv"az #Anar Əliyev, #Azərbaycan, #Minimum əməkhaqqı

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“2018-ci ildən bəri 4 milyon insanı əhatə edən beş sosial paket icra olunub”.

presstvaz xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) VIII qurultayında çıxış edərkən deyib.

O bildirib ki, Azərbaycanda sosial sahədə genişmiqyaslı və davamlı islahatlar həyata keçirilir:

“Əhalinin sosial rifahına cavab verən yeni mexanizmlər formalaşdırılır, vətəndaşların sosial təminatı dövlət siyasətinin prioritet istiqaməti olaraq daim diqqət mərkəzində saxlanılır. 2018-ci ildən bəri ölkədə 4 milyon vətəndaşı əhatə edən 5 sosial islahat paketi icra olunub. Bu islahatların illik əlavə maliyyə yükü 7.6 milyard manat təşkil edib.

Əmək münasibətlərinin leqallaşması istiqamətində mühüm irəliləyişlər əldə olunub. Əmək müqavilələrinin sayı 45% artaraq 1.9 milyona çatıb, ölkə üzrə əməkhaqqı fondu isə 3.2 dəfə yüksəlib.

Minimum əməkhaqqı 3.1 dəfə artırılaraq 400 manata, orta aylıq əməkhaqqı isə 2 dəfə artaraq 886 manata çatdırılıb. Minimum pensiya 2.9 dəfə artırılaraq 320 manata, orta aylıq pensiya isə 2.6 dəfə artaraq 540 manata yüksəlib”.

Nazir vurğulayıb ki, əhaliyə ödənilən müavinətlər və Prezident təqaüdləri üzrə ödənişlərin həcmi 5 dəfə artıb: “Bu göstəricilər ölkədə həyata keçirilən sosial islahatların əhəmiyyətli nəticələr verdiyini təsdiqləyir”.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv