“Caspian Servis” Yasamalda qanunsuz tikinti aparır? – Sakinlərdən ŞİKAYƏT

“Caspian Servis” Yasamalda qanunsuz tikinti aparır? – Sakinlərdən ŞİKAYƏT






presstv

"Presstv"az #Audi, #Bakı, #Yasamal Rayonu, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Bakı şəhəri, Yasamal rayonu, İsmayıl Qutqaşınlı küçəsi, 5C ünvanında yaşayan sakinlər binanın həyətində aparılan qeyri-qanuni tikinti işləri səbəbindən narahatlıqlarını dilə gətiriblər. Sakinlərin sözlərinə görə, həyata keçirilən bu tikinti binanın konstruksiyasına ciddi zərər vurur.

Sakinlər bildirirlər ki, binanı tikən “Caspian Servis” şirkəti əvvəllər onlara həyətin abadlaşdırılacağını vəd etsə də, bu sözlər yerinə yetirilməyib.

“Bu binaya keçəndə “Caspian Servis” bizə vəd etdi ki, həyətdə uşaqlar üçün əyləncə mərkəzi olacaq, qadınlar, böyüklər üçün idman qurğuları quraşdırılacaq. Həyət abadlaşdırılacaq. Bunlar olmadı. Artıq 13 ildir”.

Sakinlərdən biri tikintinin 2007-ci ildən başladığını qeyd edərək, işlərin hələ də bitmədiyini bildirib:

“2007-ci ildən bu binanı tikməyə başlayıblar. 2026-cı il daxil olur, hazırda da tikintini bitirməyiblər. Həyətin yarısını zəbt ediblər. Bağlayırlar ki, buraya sakinlər keçə bilməsin”.

Daha ətraflı Baku TV-nin videomaterialında:


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv