Doqquz ayda xalis maliyyə aktivləri 4,5 milyard dollar artıb

Doqquz ayda xalis maliyyə aktivləri 4,5 milyard dollar artıb






presstv

"Presstv"az #Audi, #Azərbaycan, #Dollar

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

2025-ci ilin doqquz ayı ərzində Azərbaycanın xalis maliyyə aktivləri 4.5 milyard dollar artıb. Artım əsasən xaricə yönəldilmiş birbaşa investisiyalar (1 milyard dollar), portfel investisiyaları (1.3 milyard dollar) və digər investisiyalar (2.2 milyard dollar) hesabına formalaşıb. Eyni dövrdə ölkənin xalis maliyyə öhdəlikləri isə 415.9 milyon dollar artıb ki, bu da əsasən neft bonusu (450.2 milyon dollar) və digər investisiyalarla bağlı olub.

presstvaz Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, hesabat dövründə birbaşa investisiyalar üzrə xalis maliyyə aktivləri 922.7 milyon dollar artıb, xalis maliyyə öhdəlikləri isə 305.2 milyon dollar azalıb. Birbaşa xarici investisiyalar üzrə ölkəyə cəlb olunan vəsaitin ümumi həcmi 4.7 milyard dollar, xaricə yönəldilən investisiyalar isə 2 milyard dollar təşkil edib və nəticədə bu istiqamət üzrə 1.2 milyard dollar kəsir yaranıb. Birbaşa xarici investisiyaların strukturunda neft-qaz sektorunun payı 78.5 faiz olub, qeyri-neft-qaz sektoruna yönələn investisiyalar isə 9 faiz artaraq 1.02 milyard dollara çatıb.

Portfel investisiyaları üzrə xalis maliyyə aktivləri 1.3 milyard dollar artıb, xalis maliyyə öhdəlikləri isə 33.7 milyon dollar azalıb. Aktivlərin artımında əsas pay banklar və digər sektorların payına düşüb.

Digər investisiyalar üzrə isə xalis maliyyə aktivləri 2.2 milyard dollar, xalis maliyyə öhdəlikləri isə 0.3 milyard dollar artıb.

2025-ci ilin 9 ayı ərzində tədiyə balansının ehtiyat aktivlərinin reallaşmış hissəsi 1.1 milyard dollar azalsa da, ölkənin strateji valyuta ehtiyatları dövrün sonuna 10.5 milyard dollar artaraq 81.5 milyard dollara yüksəlib.

Hesabat dövründə tədiyə balansı üzrə xalis səhvlər və buraxılışlar isə mənfi 56.6 milyon dollar təşkil edib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv