Ərzaq bazarlarında monitorinqlər davam edir

Ərzaq bazarlarında monitorinqlər davam edir






presstv

"Presstv"az #Audi, #Azərbaycan, #Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA), #Lənkəran, #Qida məhsulları, #Şəki, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Saatlı, Lənkəran və Şəki rayonlarında yerləşən ərzaq bazarlarında monitorinqlər keçirib.

presstvaz xəbər verir ki, bu barədə AQTA məlumat yayıb.

Bildirilib ki, baxış zamanı bir sıra nöqsanlar aşkarlanıb. Yüksəkriskli qida məhsullarının, xüsusilə ət və süd məhsullarının etiket məlumatları və baytarlıq sənədi olmadan satışa çıxarıldığı müəyyən edilib. Bəzi piştaxtalarda qidaların üstüaçıq şəkildə, toz və digər çirklənmə risklərinə məruz qalaraq satıldığı müşahidə edilib. Aşkar edilən uyğunsuzluqlarla bağlı bazar rəhbərliyinə icrası məcburi göstərişlər verilib, qanunvericiliyin tələbləri izah edilib.

“Bazarlarda antisanitar şəraitdə satışa çıxarılan ət, süd, balıq və digər yüksəkriskli məhsulların istehlakı insan həyat və sağlamlığı üçün təhlükə yaradır. Mənşəyi şübhə doğuran bu məhsulların istehlakı tövsiyə edilmir. Bazar rəhbərləri fəaliyyətlərini qanunvericiliyin tələblərinə uyğun qurmalı, sağlamlaşdırma tədbirləri icra etməlidirlər”, – deyə məlumatda qeyd olunub.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv