KOBİA tərəfindən daha 18 KOB subyektinə startap şəhadətnaməsi verilib

KOBİA tərəfindən daha 18 KOB subyektinə startap şəhadətnaməsi verilib






presstv

"Presstv"az #Audi, #Avto, #Nəqliyyat, #Süni intellekt, #Təhsil

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Startap şəhadətnaməsi almaqla vergi güzəşti əldə etmiş sahibkarların sayı 238-ə çatıb.

presstvaz xəbər verir ki, bununla bağlı startap şəhadətnaməsinin verilməsi üzrə Kiçik və Orta Biznesin İnkişafı Agentliyində (KOBİA) yaradılmış Ekspertlər Şurasının növbəti iclası keçirilib. İclasda KOB subyektlərindən daxil olmuş 29 müraciətə baxılıb və onlardan 18-nə startap şəhadətnaməsinin verilməsi barədə qərar qəbul edilib.

Startap şəhadətnamələri “OpenConnect” MMC-nin startap investor platforması, “LULLA” MMC-nin uşaqlar və valideynlər üçün nəzarət funksiyalı interaktiv mobil tətbiqi, “İMYEN” MMC-nin tibbi radiologiya sahəsində süni intellekt funksiyalı proqram təminatı, “Vebtypely” MMC-nin “no-code” əsaslı vebsaytların hazırlanması üçün onlayn platforması, “JSM Solutions” MMC-nin biznes üçün CRM tətbiqi, “Yolüstü Service” MMC-nin müxtəlif istiqamətlər və marşrutlar üzrə nəqliyyat axtarış və sifariş sistemi, “Parkhub” MMC-nin parkinq yerlərinin axtarışı və istifadəsi üçün mobil tətbiqi, “Bishir” MMC-nin yemək həvəskarlarını birləşdirən sosial şəbəkə platforması, “Time Agency” MMC-nin tədbirlərin təşkili üçün mobil tətbiqi, fərdi sahibkarlar Bayram Süleymanovun aqrar xidmətlərin axtarışı və sifarişi üçün rəqəmsal platforması, Cəfər Hüseynovun rəqəmsal təhsil platforması, Ağa Əlislamovun virtual sərgilər, konfranslar və şəbəkələşmə tədbirləri üçün onlayn platforması, Arif Babayevin süni intellektə əsaslanan avtomatik proqramlaşdırma üçün onlayn platforması, “Sale 365” MMC-nin əməkdaş motivasiyası və biznesin inkişafı üçün rəqəmsal platforması, “Onvey” MMC-nin onlayn ticarət və çatdırılma xidməti üçün platforma və mobil tətbiqi, “Kinobox” MMC-nin onlayn kinoteatr, “İşgüzar Group” MMC-nin müxtəlif xidmətlər üçün onlayn marketpleysi və “SETM” MMC-nin pirotexniki vasitələrin və partlayıcı qurğuların məsafədən idarəolunması üçün proqram-aparat kompleksi layihələri üçün təqdim edilib.

Bununla da startap şəhadətnaməsi almış KOB subyektlərinin sayı 238-ə çatıb.

Startap şəhadətnaməsi KOB subyektlərini şəhadətnaməni aldıqları tarixdən etibarən innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və gəlir vergisindən üç il müddətinə azad edir.

Layihələri inkişaf mərhələsində olan mikro və kiçik sahibkarlıq subyektləri startap şəhadətnaməsi üçün KOBİA-ya müraciət edə bilərlər.

Ətraflı məlumat üçün:

https://smb.gov.az/az/nav/startap-sehadetnamesi


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv