“Azercell” növbəti dəfə keyfiyyətin idarə olunması üzrə beynəlxalq sertifikatını yenilədi

“Azercell” növbəti dəfə keyfiyyətin idarə olunması üzrə beynəlxalq sertifikatını yenilədi






presstv

"Presstv"az #Audi, #Azercell, #Azərbaycan

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Azercell Telekom” MMC müştəri xidmətləri sahəsində beynəlxalq standartlar üzrə aparılan sertifikasiya auditindən uğurla keçərək ISO 10004:2018 sertifikatını yeniləyib. Bu sertifikat müştəri məmnuniyyətinin ölçülməsi və keyfiyyətin idarə olunması üzrə beynəlxalq tələblərə uyğun fəaliyyət göstərən şirkətlərə təqdim edilir.

Dəyərləndirmə zamanı “Azercell”in müştəri məmnuniyyətini daim diqqət mərkəzində saxladığı, müştəriyönümlü yanaşması və xidmət keyfiyyətinə sadiqliyi bir daha təsdiqlənib. Sertifikatlaşdırma prosesi “TÜV Austria Azərbaycan” MMC tərəfindən həyata keçirilib.

ISO (Beynəlxalq Standartlaşdırma Təşkilatı) dünya üzrə milli standart qurumlarını birləşdirən federasiyadır. Təşkilat idarəçilik, texnologiya, biznes sahələrində xidmət və təcrübələrin keyfiyyətini dəyərləndirən minlərlə standartı təsdiq edir.

Qeyd edək ki, “Azercell” ISO 10004:2018 standartı üzrə ilk sertifikatını 2021-ci ildə qazanıb. Şirkət ardıcıl olaraq dördüncü dəfə ISO 10004 sertifikatına layiq görülür.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv