Mərkəzi Bank iki kredit ittifaqına icrası məcburi göstəriş verib

Mərkəzi Bank iki kredit ittifaqına icrası məcburi göstəriş verib






presstv

"Presstv"az #Audi

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Mərkəzi Bank “Total Finans” və “Stimul” kredit ittifaqlarına icrası məcburi göstəriş verib.

presstvaz Mərkəzi Banka istinadən xəbər verir ki, sözügedən kredit təşkilatları 2025-ci ilin III rübünə aid hesabatlarını təqdim etməyiblər:

“Mərkəzi Bank “Stimul” Kredit İttifaqı Məhdud Məsuliyyətli Cəmiyyətinə 2025-ci ilin III rübünə hesabatların təqdim edilməməsi ilə bağlı icrası məcburi göstəriş verib. “Kredit ittifaqlarının prudensial tənzimlənməsi Qaydaları”nın 10.3-cü bəndinin tələbi təmin edilmədiyindən, “Kredit ittifaqına bank əməliyyatının həyata keçirilməsi üçün lisenziya verilməsi Qaydası”nın 4.4.4-cü yarımbəndi rəhbər tutulmaqla, Mərkəzi Bank ittifaqdan hesabatların təxirəsalınmadan və gələcək dövrlərdə vaxtında təqdim olunmasını tələb edib”.

Eyni qayda ilə “Total Finans Kredit İttifaqı” Məhdud Məsuliyyətli Cəmiyyətinə də müvafiq göstəriş verilib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv