Çayxorlara pis xəbər

Çayxorlara pis xəbər






presstv

"Presstv"az #Siqaret

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Həddindən artıq isti içkilərə üstünlük verənlərdə qida borusu xərçəngi riski əhəmiyyətli dərəcədə yüksəlir.

presstvaz xəbər verir ki, bu barədə "SM-Klinika"nın onkoloq-ximioterapevti Liana Sadykova xəbərdarlıq edib.

Onun sözlərinə görə çox isti qəhvə və ya çay selikli qişaya mütəmadi termiki zədə vurur, bu isə xroniki iltihaba və zamanla bədxassəli şişə çevrilə bilən dəyişikliklərə gətirib çıxarır.

Mütəxəssis əlavə edib ki, tərkibində hazır yeməklər, çox yağlı, kəskin və qızardılmış qidalar olan rasion da mədə və bağırsaq şişlərinin ehtimalını artırır. Sadykova "ayda bir dəfə kabab normaldır, lakin yağlı qızardılmış ətə davamlı üstünlük verənlərdə risk xeyli yüksəlir" deyə vurğulayıb.

Onkoloqun sözlərinə görə, azhərəkətli həyat tərzi fonunda nəzarətsiz çəki artımı da təhlükə yaradır. Piylənmə zamanı hormonal balans pozulur, bu isə qadınlarda süd vəzi, kişilərdə isə prostat xərçəngi riskini artırır.

Sadykova siqareti də ən zərərli vərdişlərdən biri kimi qeyd edib. O bildirib ki, tütün tüstüsünün toksinləri qısa müddətdə ağciyər və mədəaltı vəzi hüceyrələrinə ciddi ziyan vurur.

Xəstəliklərin qarşısının alınması üçün mütəxəssislər normal temperaturda içkilərə üstünlük verilməsini, rasionun balanslaşdırılmasını, çəkinin nəzarətdə saxlanılmasını və zərərli vərdişlərdən imtinanı tövsiyə edirlər.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv