Tramp 2 ölkəni hədələdi

Tramp 2 ölkəni hədələdi






presstv

"Presstv"az #ABŞ, #Ali Məhkəmə, #Donald Tramp, #Müharibə, #Tailand

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

ABŞ Prezidenti Donald Tramp Tailandla Kamboca arasında qarşıdurmanın davam edəcəyi halda, bu ölkələrə qarşı yeni ticarət sanksiyalarının tətbiq oluna biləcəyi barədə xəbərdarlıq edib.

presstvaz qafqazinfo-ya istinadən xəbər verir ki, o, "The Wall Street Journal"a müsahibəsində bildirib ki, müharibə başlayarsa, ABŞ təkcə mövcud ticarət razılaşmalarını ləğv etməyəcək, eyni zamanda, həmin ölkələrin məhsullarına əlavə tariflər tətbiq edəcək. 

Tramp vurğulayıb ki, bu cür addımı atmaq səlahiyyəti yalnız ondadır.

Müsahibənin cümə günü qeydə alındığı qeyd olunur. Ehtimal edilir ki, Tramp həmin gün Tailand və Kambocanın baş nazirləri ilə apardığı telefon danışıqlarına istinad edib.

Amerika lideri tarifləri administrasiyasının əsas xarici siyasət alətlərindən biri kimi dəyərləndirib. Onun sözlərinə görə, ABŞ Ali Məhkəməsinin bəzi tarifləri ləğv etməsi ölkə üçün "son dərəcə mənfi" nəticələr yarada bilər. Bununla belə, Tramp əlavə tariflərin tətbiqi üçün hüquqi imkanlar tapacağına əminliyini ifadə edib. Hazırda Ali Məhkəmə bu məsələni araşdırır.

Xatırladaq ki, dekabrın 7-də Kamboca ilə Tailand arasındakı sərhəd xəttində silahlı insidentlər qeydə alınıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv