Bakıda ət bahalaşıb bu qiymətə OLDU

Bakıda ət bahalaşıb bu qiymətə OLDU






presstv

"Presstv"az #Bahalaşma, #Bakı, #Qiymət artımı, #Şuşa

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Bakının Ramana qəsəbəsində ətin qiyməti bahalaşıb. Dünəndən etibarən dana, quzu və qoç ətinin qiymətində 2-3 manat fərq müşahidə edilir.

presstvaz mətbuat.az-a istinadən xəbər verir ki, Yeni Ramananın inzibati ərazi bölgüsünə daxil olan "Şuşa" şəhərciyində iki gündür müştərilərə nisbətən baha qiymətə ət təklif olunur.

Hazırda şəhərcikdə 1 kiloqram dana əti 17, qoç əti 15.50, quzu əti isə 21 manata satılır. Üç gün əvvəl isə dana ətinin qiyməti 15, bəzi qəssabxanalarda isə 14 manat olub. Quzu ətinin bir kiloqramı isə 18-19 manatdan satılıb.

Qəssablar ətin qiymətinin artmasını dabaq xəstəliyi ilə bağlı təhlükənin aradan qalxması ilə əlaqələndiriblər. Onların sözlərinə görə, indi insanlar dana əti almağa tərəddüd etmirlər: "Dana ətinə tələbat artıb. Bu isə qiymət artımına səbəb olub".

Bahalaşmanın digər səbəbi isə Yeni il bayramının yaxınlaşmasıdır. "Bayram ərəfəsində kəndli məhsulunu baha satır. Biz də qiyməti qaldırmağa məcbur oluruq", – qəssab Teymur Səfərov belə deyib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv