Eyni mənzil bir neçə nəfərə satılıb? – Vətəndaşlar ayağa qalxdılar

Eyni mənzil bir neçə nəfərə satılıb? – Vətəndaşlar ayağa qalxdılar






presstv

"Presstv"az #Araşdırma, #Audi, #Hakim, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Nizami rayonu, Şirin Mirzəyev küçəsində yerləşən köhnə yaşayış binası bir neçə il əvvəl sökülüb və sakinlərə söz verilib ki, yeni tikilən binada hər birinə mənzil veriləcək. Lakin nə vəd edilən mənzillər verilib, nə də tikinti başa çatdırılıb.

Sakinlərin sözlərinə görə, layihəni həyata keçirməli olan “Vesta Construction” MMC illərlə prosesi uzadır. Tikili 10 ilə yaxındır ki, yarımçıq vəziyyətdə qalıb. Köçürülmüş sakinlər hazırda kirayələrdə yaşayırlar.

Bununla yanaşı, tikinti şirkətinin yeni binadakı mənzilləri həm əvvəlki sakinlərə vəd etməsi, həm də öncədən pul ödəyən yeni alıcılara satması ciddi narazılığa səbəb olub. Eyni mənzilin bir neçə nəfərə satıldığı iddia edilir.

“Qızım 115 min manat nağd pul verib evi alıb. İndi məlum oldu ki, 2025-ci ildə həmin ev başqasına da satılıb”, – vətəndaşlardan biri deyib.

Şikayətçilər deyirlər ki, məsələ ilə bağlı Nizami Rayon İcra Hakimiyyətinə dəfələrlə müraciət etsələr də, heç bir real tədbir görülməyib. Nizami Rayon İcra Hakimiyyətindən bildirilib ki, qeyd olunan məsələ artıq uzun illərdir mövcuddur.

2016-cı ildə pilot layihə əsasında icrasına başlanılan və MTK ilə vətəndaşlar arasında müqavilənin şərtlərinin icra edilməməsi ilə bağlı olan məsələ 2018-ci ildən vətəndaşların haqlı narazılıqlarına səbəb olub:

“Rayon İcra Hakimiyyətində və qeyd olunan yaşayış binasının həyətində vətəndaşların və MTK rəhbərliyinin iştirakı ilə görüşlər keçirilib. Görüşlərdə MTK rəhbərliyinə müqavilənin şərtlərinə əməl olunması ilə bağlı xəbərdarlıq edilərək, sakinlərin narazılıqlarının həll olunması ilə bağlı tapşırıqlar verilib. Bu görüşlərin nəticəsi olaraq, artıq bir neçə şəxsin məsələsi həll olunub, digərlərinin problemlərinin həlli üzrə tərəfimizdən müvafiq işlər hələ də davam edir. Hazırda qeyd olunan məsələyə hüquqi qiymətin verilməsi üçün Rayon İcra Hakimiyyətinin müraciəti əsasında hüquq-mühafizə orqanlarında araşdırma aparılır”.

Daha ətraflı Baku TV-nin videomaterialında:


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv