Səudiyyə Ərəbistanında BMT-nin Sivilizasiyalar Alyansının 11-ci Qlobal Forumu işə başlayıb

Səudiyyə Ərəbistanında BMT-nin Sivilizasiyalar Alyansının 11-ci Qlobal Forumu işə başlayıb






presstv

"Presstv"az #Adil Kərimli, #Audi, #Azərbaycan, #Səudiyyə Ərəbistan, #Səudiyyə Ərəbistanı, #Süni intellekt

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Dekabrın 14-də Səudiyyə Ərəbistanı Krallığının paytaxtı Ər-Riyad şəhərində Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının (UNAOC) 11-ci Qlobal Forumu işə başlayıb.

presstvaz xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb.

“UNAOC: bəşəriyyət üçün dialoqun 20 ili – çoxqütblü dünyada qarşılıqlı hörmət və anlaşmanın yeni dövrünə doğru” şüarı ilə keçirilən forumda dövlət və hökumət başçıları, beynəlxalq və regional təşkilatların rəhbərləri, dini liderlər, eləcə də özəl sektor, gənclər, incəsənət, idman, akademik dairələrin təmsilçiləri və media nümayəndələri bir araya gəliblər.

Forumda mədəniyyət naziri Adil Kərimlinin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti iştirak edir.

İki gün davam edəcək forum çərçivəsində təşkil olunacaq sessiyalarda “Çoxqütblü dünyada məsuliyyətli liderlik: inklüziv dialoq vasitəsilə çoxtərəfliliyin təşviqi”, “Bəşəriyyətə inam: dinlərarası dialoq sülhə və vahid bəşəriyyətə körpü kimi”, “Rəqəmsal reallıqlardan real dünyaya: dipfeyklərə, süni intellektlə idarəolunan dezinformasiyaya və yeni alqoritmlərlə gücləndirilmiş nifrətə qarşı mübarizə”, “İnsan ləyaqətinin qorunması və mənsubiyyətin təşviqi: miqrasiya hekayələrinin yenidən qurulması və şəhərlərin hamı üçün inklüziv məkanlar kimi yenidən düşünülməsi” və digər mövzular müzakirə ediləcək.

Eyni zamanda, forum çərçivəsində UNAOC Dostlar Qrupunun Yüksəksəviyyəli Görüşü və UNAOC Gənclər Forumu təşkil olunacaq.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv