ABŞ-də məşhur şirkət iki qadına 40 milyon dollar təzminat ödəyəcək

ABŞ-də məşhur şirkət iki qadına 40 milyon dollar təzminat ödəyəcək






presstv

"Presstv"az #ABŞ, #Audi, #Dollar, #Los-Anceles

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

ABŞ-nin Los-Anceles məhkəməsi məşhur “Johnson & Johnson” şirkətinin iki qadına 40 milyon dollar təzminat ödəyəcəyi barədə qərar çıxarıb.

presstvaz xəbər verir ki, bu barədə “The Guardian” nəşri yazıb.

Məlumata görə, sözügedən şirkətin istehsal etdiyi uşaq pudrasından istifadə edən iki qadın yumurtalıq xərçənginə tutulmaları iddiası ilə məhkəməyə müraciət ediblər.

Məhkəmə müəyyən edib ki, “Johnson & Johnson” şirkəti pudranın təhlükəli olduğunu bilib, lakin istehlakçıları xəbərdar etməyib.

Sənədlərə əsasən, qadınlardan birinə 2014-cü ildə, digərinə isə 2018-ci ildə yumurtalıq xərçəngi diaqnozu qoyulub. Hər iki qadın təxminən 40 ildir “Johnson & Johnson Baby Powder”dən istifadə etdiklərini bildiriblər.

Məşhur şirkət hökmdən dərhal apellyasiya şikayəti verməyi planlaşdırdığını bəyan edib.

Qeyd olunub ki, “Johnson & Johnson” şirkəti uşaq pudrası və digər talktərkibli məhsullardan istifadə etdikdən sonra xərçəng diaqnozu qoyulduğunu iddia edən 67 mindən çox şikayətlə üzləşib.

Şirkət 2020-ci ildən ABŞ-də talktərkibli uşaq pudrasının satışını dayandırıb və qarğıdalı nişastalı məhsul buraxmağa başlayıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv