Rusiyada polis Azərbaycan diasporunun nümayəndələrinə qarşı əməliyyat keçirdi

Rusiyada polis Azərbaycan diasporunun nümayəndələrinə qarşı əməliyyat keçirdi






presstv

"Presstv"az #Audi, #Avto, #Azərbaycan, #Məhkum, #Rusiya, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Rusiyanın xüsusitəyinatlı polis dəstəsi (SOBR) əməkdaşları Voronejdəki Azərbaycan diasporunun nümayəndələrinə qarşı əməliyyat keçiriblər.

presstvaz xəbər verir ki, bu barədə “Dva Mayora” “Telegram” kanalı məlumat yayıb.

Məlumata görə, təhlükəsizlik qüvvələri tərəfindən Niyaz Zahidov adlı şəxs saxlanılıb.

Bildirilir ki, Zahidov Voronej bölgəsindəki azərbaycanlılar arasında “avtoritet” kimi tanınır və yerli “Alekseevski bazarı”na nəzarət edir. O, polis bölməsinə aparılaraq Rusiya pasportu müsadirə edilib və qanunsuz miqrantlar üçün saxlama mərkəzinə göndərilib.

Qeyd olunur ki, 2005-ci ildə Voronej məhkəməsi Zahidovu qətlə görə səkkiz il həbs cəzasına məhkum edib. O, cəzasını Azərbaycanda çəkib. Azadlığa çıxdıqdan sonra “avtoritet” Rusiyaya qayıdıb. O, 2019-cu ildə Rusiya pasportu alıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv