Hesabat verən müəssisələr qarşısına YENİ TƏLƏB qoyulub – QƏRAR

Hesabat verən müəssisələr qarşısına YENİ TƏLƏB qoyulub – QƏRAR






presstv

"Presstv"az #Audi, #Bələdiyyə, #Dövlət Statistika Komitəsi, #Mobil telefon

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Müəssisələrdə informasiya və kommunikasiya texnologiyalarından istifadə haqqında” 1 №-li (İKT) illik rəsmi statistika hesabatı forması və onun doldurulmasına dair göstərişin təsdiq edilməsi barədə” qərara dəyişiklik edilib.

presstvaz-ın məlumatına görə, bununla bağlı Dövlət Statistika Komitəsinin sədri səlahiyyətlərini müvəqqəti icra edən Vahab Məmmədov qərar imzalayıb.

Qərara əsasən, hesabat sahibkarlıq subyekti olan bütün hüquqi şəxslər (onların filial və nümayəndəlikləri), publik hüquqi şəxslər (onların filial və nümayəndəlikləri), büdcə təşkilatları və büdcədənkənar dövlət fondları, bələdiyyələr, qeyri-hökumət təşkilatları və digər qeyri-kommersiya təşkilatları tərəfindən martın 30-dək təqdim edilir.

Sənədə görə, hesabat müddətində aşağıdakılar təqdim olunmalıdır:

1. Müəssisədə mövcud olan kompüterlərin sayı, (ədəd)

– onlardan saz vəziyyətdə olan kompüterlərin sayı.

– lisenziyalı proqram təminatı ilə təchiz edilmiş kompüterlərin sayı Həftədə ən azı bir dəfə kompüterdən istifadə etmiş işçilərin sayı, nəfər.

– onlardan qadınların sayı.

Müəssisədə aşağıda göstərilən şəbəkələrdən hansıları mövcuddur?

– Lokal şəbəkə (LAN)

– Daxili şəbəkə (intranet)

– Xarici şəbəkə (ekstranet)

– Yuxarıda sadalananlardan heç biri mövcud deyil.

2. İnternetdən istifadə olunması

– Hesabat ilində müəssisənin internetə çıxışı olubmu?

– Müəssisədə internetə çıxışı olan kompüterlərin sayı

– Hesabat ilində müəssisədə işləyənlərin ümumi sayından neçə nəfərinin internetə çıxışı olub?

– Onlardan qadınların sayı.

3. İnternetə çıxış üçün hesabat ilində hansı növ qoşulmalardan istifadə edilib?

– Asimmetrik rəqəmsal abunə xətti (ADSL)

– Simmetrik rəqəmsal abunə xətti (SDSL)

– Çox yüksək sürətli rəqəmsal abunəçi xətti (VDSL)

– Kabel modem

– Fiber-optik kabel

– Sabit simsiz qoşulma

– Peyk şəbəkəsi (peyk telefonu, peyk şəbəkəsinin abunəçi peyk terminalı, digər kosmik-peyk rabitə vasitələri)

– Sellülar (mobil) şəbəkə (mobil telefon, data kart, USB modem vasitəsilə qoşulma)

– Digər.

4. İnternetə qoşulmanın maksimal yükləmə sürəti nə qədərdir? (yalnız bir cavab seçilir)

– 30 Mbit/s-dən az

– 30 – 100 Mbit/s-dək

– 100 – 500 Mbit/s-dək

– 500 Mbit/s

– 1 Gbit/s-dək

– 1 Gbit/s və daha çox.

Cədvəllə daha ətraflı şəkildə buradan tanış ola bilərsiniz.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv