Bakıda “Təkər aləmi” kimi tanınan bazar SÖKÜLÜR

Bakıda “Təkər aləmi” kimi tanınan bazar SÖKÜLÜR






presstv

"Presstv"az #Audi, #Bakı, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Bakıda “Təkər aləmi” kimi tanınan bazar sökülür.

presstvaz Xəzər TV-yə istinadən xəbər verir ki, uzun illərdir burada çalışan sahibkarlar artıq ərazini tərk etmələri barədə məlumatlandırılıblar.

Sahibkarların sözlərinə görə, ərazini boşaltmaları üçün onlara aprelin 30-na qədər vaxt verilib. Kompensasiya məsələsinə gəlincə isə qeyd olunub ki, obyektlərin müvəqqəti əraziyə köçürülməsi həyata keçirildiyi üçün onlar arasında hələ ki narazılıq yoxdur. Sahibkarların məlumatına görə, söküntüdən sonra bazarın yerində ehtiyat hissələri üzrə yeni obyektlər inşa ediləcək. Onlara istədikləri təqdirdə tikinti başa çatdıqdan sonra həmin obyektdə fəaliyyət göstərə biləcəkləri deyilib.

O da bildirildi ki, ərazi özəl mülkiyyətdədir. Bazarın rəhbərliyindən isə kamera qarşısında danışmaq istəyən olmadı.

Sahibkarlar isə ümid edirlər ki, onlara deyilənlər vəd olaraq qalmayacaq, yəni bazarın yerində tikiləcək yeni obyektlərdə fəaliyyət göstərmələri üçün şərait yaradılacaq.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv