ABŞ-də kriptovalyuta startapının təsisçisi 15 il həbs cəzasına məhkum edildi

ABŞ-də kriptovalyuta startapının təsisçisi 15 il həbs cəzasına məhkum edildi






presstv

"Presstv"az #ABŞ, #Audi, #Cənubi Koreya, #Dollar, #Ekstradisiya, #Fırıldaqçılıq, #Hakim, #Kriptovalyuta, #Məhkum, #Nyu-York

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

ABŞ-nin Nyu-York ştatının Cənub Dairə Məhkəməsi “Terraform Labs” kriptovalyuta startapının həmtəsisçisi Do Kvonu fırıldaqçılıq ittihamları ilə 15 il azadlıqdan məhrumetmə cəzasına məhkum edib.

presstvaz-ın xəbərinə görə, bu barədə “Associated Press” (AP) nəşri məlumat verib.

“TerraUSD” və “Luna” tokenlərini hazırlayan “Terraform Labs” şirkəti 2018-ci ildə təsis edilib. 2022-ci ilin yazında bu kriptovalyutaların çökməsi investorlar üçün 40 milyard dollardan çox itkilərə səbəb olub. ABŞ-də sahibkara qarşı doqquz maddə üzrə ittiham irəli sürülüb, o cümlədən çirkli pulların yuyulması məqsədilə gizli planlar qurmaqda da təqsirləndiriliblər. 2025-ci ilin avqust ayında Do Kvon iki maddə üzrə günahını etiraf edib – fırıldaqçılıq edilməsi ilə bağlı gizli planlar qurmaq və elektron vasitələrdən istifadə etməklə fırıldaqçılıq.

İrəli sürülən ittihamlara görə maksimal cəza 25 illik həbsdir.

Prokurorluq iş adamı üçün minimum 12 il həbs cəzası istəyirdi, təqsirləndirilən şəxsin vəkilləri isə müvəkkillərinin tamahkarlıqla deyil, “TerraUSD” tokenlərini təşviq etmək istəyi ilə hərəkət etdiyini iddia edərək onun üçün maksimum 5 il həbs cəzası verilməsində israr edirdilər. Hakim müdafiə tərəfinin mövqeyini “tamamilə əsassız” hesab edib və Do Kvonun “epik miqyasda fırıldaqçılıqda” əli olduğunu bildirib.

Do Kvon 2023-cü ilin mart ayında Monteneqroda həbs edilib, ABŞ və Cənubi Koreya eyni zamanda onun ekstradisiyasını tələb edib. O, 2024-cü ilin sonunda ABŞ-yə ekstradisiya edilib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv