Zakir Həsənov özbəkistanlı generallarla komando hərbi hissəsində olub

Zakir Həsənov özbəkistanlı generallarla komando hərbi hissəsində olub






presstv

"Presstv"az #Audi, #Avto, #Azərbaycan, #Azərbaycan Ordusu, #Heydər Əliyev, #Müdafiə Sənayesi Nazirliyi, #Özbəkistan, #Vüqar Mustafayev, #YouTube, #Zakir Həsənov

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov, müdafiə sənayesi naziri Vüqar Mustafayev, ölkəmizdə rəsmi səfərdə olan Özbəkistan Respublikasının Prezidenti yanında Təhlükəsizlik Şurasının katibi Viktor Mahmudov və müdafiə naziri general-leytenant Şuhrat Xalmuxamedov dekabrın 12-də komando hərbi hissələrindən birini ziyarət ediblər.

presstvaz xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Əvvəlcə ümummilli lider Heydər Əliyevin hərbi hissənin ərazisindəki büstü önünə gül dəstələri düzülüb, ulu öndərin xatirəsinə ehtiram nümayiş etdirilib.

General-polkovnik Z.Həsənov Özbəkistanın hərbi nümayəndə heyəti ilə birgə tir, əsgər yataqxanası, silah otağı, əşya anbarı, həmçinin yeməkxanaya gələrək burada şəxsi heyət üçün yaradılan şəraitlə tanış olub.

Hərbi hissənin idman zalında Müdafiə Sənayesi Nazirliyinin təqdim etdiyi simulyasiya vasitəsinə baxışdan sonra qonaqlar hərbi qulluqçuların idman hazırlığını izləyiblər.

Nümayəndələrə komandoların dağ komando qülləsində və kəşfiyyat cığırında fəaliyyətləri nümayiş etdirilib.

Qonaqlara Müdafiə Sənayesi Nazirliyinin, həmçinin hərbi sənaye şirkətlərinin istehsal etdiyi pilotsuz uçuş aparatları (PUA), silah, avtomobil və xüsusi texnika, eləcə də digər döyüş vasitələri təqdim olunub.

Daha sonra Özbəkistan nümayəndə heyətinə Azərbaycan Ordusunun istifadəsində olan silah-sursat, təchizat və döyüş texnikası təqdim edilib, onların taktiki-texniki xüsusiyyətləri barədə ətraflı məlumat verilib.

Ziyarət qarşılıqlı əməkdaşlığın daha da gücləndirilməsi, təcrübə mübadiləsinin genişləndirilməsi və iki ölkənin müdafiə qurumları arasında əlaqələrin inkişafı baxımından mühüm əhəmiyyət daşıyıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv