Heydər Əliyev irad bildirdi ki, bunu niyə vaxtında deməmisən

Heydər Əliyev irad bildirdi ki, bunu niyə vaxtında deməmisən






presstv

"Presstv"az #Ailə, #Başsağlığı, #Heydər Əliyev, #Kitab, #Misir, #Prezident Administrasiyası, #Təhsil, #Vəzifə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Bu gün Ümummilli lider Heydər Əliyevin anım günüdür. Onun ölkənin siyasi, iqtisadi və mədəni həyatında qoyduğu dərin iz təkcə tarix kitablarında deyil, həm də onu yaxından tanıyan insanların yaddaşında yaşayır. Bu münasibətlə Heydər Əliyevlə uzun illər çalışmış, onunla birbaşa ünsiyyətdə olmuş şəxslərlə söhbətləşdik.

presstvaz xəbər verir ki, sabiq təhsil naziri Misir Mərdanov Globalinfo.az-a açıqlamasında Heydər Əliyevin çox vətənpərvər və xeyirxah insan olduğunu bildirib.

“Rektor olduğum dövrdə, bir il əvvəl universitetdə aspirantura şöbəsinin müdiri vəzifəsində çalışan Sabir Xəlilov vəfat etmişdi. O, məşhur “91-lər”dən biri idi və biz onunla birgə işləmişdik. Onun il mərasiminə yaxın günlərin birində səhər saatlarında Prezident Administrasiyasından mənə zəng etdilər ki, Heydər Əliyev səninlə danışmaq istəyir. Salamlaşdı, hal-əhval tutdu və dedi ki, Sabir Xəlilov rəhmətə gedib, bəs sən mənə niyə vaxtında deməmisən? Cavab verdim ki, cənab prezident, o vaxt mən rektor deyildim. Dedi ki, nə olsun, prorektor işləyirdin. Ardınca tapşırdı ki, gedirsən, mənim başsağlığımı onun ailəsinə çatdırırsan və il mərasimini öz üzərinə götürürsən”, – o deyib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv