Vəkillər Kollegiyasının rəhbərliyi Rumıniyada Heydər Əliyevin abidəsini ziyarət edib

Vəkillər Kollegiyasının rəhbərliyi Rumıniyada Heydər Əliyevin abidəsini ziyarət edib






Rəşad Cəfərli

"Presstv"az #Anar Bağırov, #Audi, #Azərbaycan, #Azərbaycan Respublikası Vəkillər Kollegiyası, #Heydər Əliyev, #Rəşad CƏFƏRLİ, #Vəkillər Kollegiyası

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.
Azərbaycan və Rumıniya arasında hüquqi əməkdaşlıq yeni mərhələyə keçir

       presstvaz xəbər verir ki, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının (VK) sədri Anar Bağırovun rəhbərlik etdiyi nümayəndə heyəti Rumıniya Vəkillər Kollegiyasının rəsmi dəvəti ilə Buxarest şəhərinə səfər edib. Səfər çərçivəsində keçirilən ilk tədbir müasir müstəqil Azərbaycanın qurucusu, Ümummilli Lider Heydər Əliyevin xatirəsinə hörmət və ehtiramın ifadəsi olub.

Nümayəndə heyəti Buxarestin Tey Parkında ucaldılmış Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib. Abidənin önünə gül dəstələri qoyularaq dahi liderin əziz xatirəsi böyük ehtiramla anılıb. presstvaz bildirir ki, mərasim zamanı Ulu Öndərin Azərbaycan dövlətçiliyinin möhkəmlənməsində və ölkənin beynəlxalq nüfuzunun artmasında misilsiz rolu xüsusi vurğulanıb.

       Ziyarətdə Azərbaycanın Rumıniyadakı fövqəladə və səlahiyyətli səfiri Qüdsi Osmanov da iştirak edib. Diplomat Heydər Əliyevin Rumıniya-Azərbaycan münasibətlərinin inkişafına verdiyi töhfələrdən bəhs edərək, bu ənənənin bu gün də uğurla davam etdirildiyini diqqətə çatdırıb.

Səfər çərçivəsində Azərbaycan və Rumıniya Vəkillər Kollegiyaları arasında əməkdaşlığın daha da genişləndirilməsi, təcrübə mübadiləsi, vəkillərin peşə hazırlığının artırılması və hüquqi sahədə yeni təşəbbüslərin müzakirəsi nəzərdə tutulur. Bu isə iki ölkə arasında möhkəm tərəfdaşlıq əlaqələrinin hüquqi müstəvidə də dərinləşdirilməsinə xidmət edir.

   Rəşad CƏFƏRLİ,

 Presstv.az – Azərbaycan xəbər portalı

presstvaz  – Azərbaycanın etibarlı informasiya mənbəyi.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.