Finlandiya gözəli irqçilikdə ittiham olunaraq tacından məhrum edilib

Finlandiya gözəli irqçilikdə ittiham olunaraq tacından məhrum edilib






presstv

"Presstv"az #Audi, #Çin, #Finlandiya

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Finlandiya gözəli Sara Dzafçe irqçilikdə ittiham olunaraq gözəllik kraliçası tacını itirib.

presstvaz xəbər verir ki, bu barədə “Miss Finlandiya” müsabiqəsinin təşkilat komitəsi məlumat yayıb.

Qalib titulu müsabiqənin digər iştirakçısı Tara Lextonenə verilib.

Məlumata görə, Dzafçe “Jodel” mesajlaşma proqramında barmaqları ilə gözlərini qıymış vəziyyətdə foto paylaşdıqdan sonra irqçilikdə günahlandırılıb. O, başlıqda “Çinli oğlanla yemək” yazıb.

Görüntülər Asiya xalqlarının ələ salınması kimi şərh olunub.

“Miss Finlandiya”nın təşkilatçıları heç bir formada irqçilik və ya ayrı-seçkilik davranışının qəbul edilmədiyini açıqlayıblar.

Təşkilatçılar baş verənlərə görə üzr istəyib və fəaliyyətlərində hörmət, bərabərlik, məsuliyyət və insan ləyaqəti prinsiplərini rəhbər tutduqlarını bəyan ediblər.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv