Fəaliyyəti dayandırılan “Paysis”in tutulan rəhbərinin əmlakına HƏBS QOYULDU

Fəaliyyəti dayandırılan “Paysis”in tutulan rəhbərinin əmlakına HƏBS QOYULDU






presstv

"Presstv"az #Azərbaycan, #Azərbaycan Mərkəzi Bankı (AMB), #Bakı, #Bakı Ağır Cinayətlər Məhkəməsi, #Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi, #Baş Prokurorluq, #Cinayət işi

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Mərkəzi Bank tərəfindən qumar oyunlarına görə bütün ödəniş əməliyyatları dayandırılan “Paysis” MMC-nin rəhbərinin əmlaklarına həbs qoyulub. MMC-nin rəhbəri həbsdə olan Samir Nəsibovdur.

presstvaz APA-ya istinadən xəbər verir ki, onun əmlaklarına həbs qoyulması ilə bağlı Baş Prokurorluqda aparılan cinayət işi üzrə qərar verilib.

Samir Nəsibovun bir sıra əmlakları üzərinə həbs qoyulub.

Qeyd edək ki, onlayn qumar oyunlarının təşkili, bu fəaliyyətlərdən əldə edilmiş vəsaitlərin leqallaşdırılması ilə bağlı ittiham olunan Yusif Baqiyev, Ramil Saadov, Pərviz Məmmədov, Samir Nəsibovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilir.

Dekabrın 2-də keçirilən iclasda dövlət ittihamçısı təqsirləndirilən Ramil Saadov, Pərviz Məmmədov və Samir Nəsibovun barəsində seçilmiş həbslə bağlı olmayan qətimkan tədbirinin dəyişdirilərək barələrində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı vəsatət verib.

Dövlət ittihamçısının vəsatəti təmin olunub. Hər üç təqsirləndirilənin – Ramil Saadov, Pərviz Məmmədov və Samir Nəsibovun barəsində həbs qətimkan tədbiri seçilib. Onlar məhkəmə zalında həbs olunublar.

Azərbaycan Mərkəzi Bankı (AMB) elektron pul təşkilatı – “Paysis” MMC-nin fəaliyyətini dayandırıb.

presstvaz xəbər verir ki, bu barədə AMB məlumat yayıb.

Məlumata görə, buna səbəb şirkətə və onun rəhbərinə qarşı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində internet informasiya resurslarından istifadə etməklə qumar oyunlarının təşkil edilməsi və əlaqəli qanunsuz əməllər ilə bağlı cinayət işini başlanılmasıdır. Artıq cinayət-hüquqi tədbirlərin tətbiqi üzrə icraat başlanılıb və cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işinin yekunları ilə bağlı məhkəmə qərarı qüvvəyə minənə qədər AMB “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanunun 63.1-ci maddəsi rəhbər tutaraq, “Paysis”ə lisenziya çərçivəsində göstərilən ödəniş xidmətlərinin (ödəniş xidməti istifadəçilərinin vəsaitlərinin geri qaytarılması əməliyyatları istisna olmaqla) dayandırılması barədə göstəriş verib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv